Tabloid.az
Özbəklər “Arşın mal alan”ı üzə çıxardı
Özbəkistan Milli Dram Teatrında böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası əsasında hazırlanan konsert-tamaşanın təqdimatı olub.
Publika.az-ın məlumatına görə, təqdimat
mərasimində səfirliyimizin əməkdaşları, Özbəkistanın ədəbiyyat,
mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri,
jurnalistlər iştirak ediblər.
Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və
dəstəyi ilə hazırlanan konsert-tamaşanın bədii rəhbəri və dirijoru
Özbəkistanın əməkdar incəsənət xadimi, professor Firuza
Abdurahmanovadır.
Tədbirdə operettadan ariya, duet və mahnılar, xor nömrələri ifa
edilib. Əsgərin və Gülçöhrənin ariyalarını beynəlxalq müsabiqələr
laureatları Rüstəm Alimardanov və Masuma Boltabaeva
səsləndiriblər.
Bədii rəhbər Firuza Abdurahmanova çıxış edərək, bu unudulmaz əsər
əsasında konsert-tamaşanın hazırlanmasında dəstəyə görə
səfirliyimizə və Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü
bildirib.
Cəvahir
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK