Doğuş: “Xoşqədəmin mələk kimi gözləri var” - VİDEO
Bizi izləyin

Tabloid.az

Doğuş: “Xoşqədəmin mələk kimi gözləri var” - VİDEO

ATV telekanalının sevilən aparıcısı Xoşqədəm Hidayətqızının həyat yoldaşı Doğuş onun haqqında danışmaqdan, onu tərifləməkdən yorulmur.

Türkiyəli müğənni Doğuş CNN Türk kanalında dünən gecə yayımlanan “Burda laf çok” adlı proqramın qonağı olub. O, verilişdə Xoşqədəm xanım haqqında bunları deyib:

“Mələk kimi gözləri var. Etiraf edirəm ki, onun təsirinə düşdüm. Həyat yoldaşım olduğu üçün çox xoşbəxtəm. Həyat yoldaşım mənim ikinci şansımdır. Dünyada ailədən əhəmiyyətli bir şey yoxdur. İndi bir uşağımız olsa, tamamdır, daha nə olsun!?” - deyə Doğuş bildirib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm