• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

İnsult keçirən xalq artistindən xəbər var

İnsult keçirən xalq artistindən xəbər var

Xalq artisti Nuriyyə Əhmədova hələ də xəstəxananın reanimasiya şöbəsindədir. Həkimlər onun nə vaxt palataya köçürüləcəyi barədə dəqiq bir söz demirlər.

Bu barədə Publika.az-a aktrisanın bacısı Sevil xanım məlumat verib: “Bacım hələ ki reanimasiya şöbəsində, həkimlərin ciddi nəzarəti altında müalicə alır. Həkimlər onun uzun müddət reanimasiyada qalacağını deyirlər. Səhhətində irəliləyişlər olmasa da, ağırlaşma da yoxdur. Üstünə tez düşməsəydik, bəlkə də, başqa cür ola bilərdi. Özünə gəlsin, görək necə olacaq. Həkimlər onu da deyir ki, belə xəstələr uzunmuddətli müalicə kursu keçməlidirlər. Allaha təvəkkül, ümidimiz göydə Allaha və yerdə həkimlərədir”.

Sevil xanım hələ də yaxınlarının aktrisanın yanına buraxılmadığını bildirib: “Nəinki qohumları, heç məni də onun yanına buraxmırlar. Elə qapıdan baxıb, qaş-göz və əl hərəkətləri ilə danışırıq. Çünki həmişə sistem altında olduğundan bacım danışa bilmir. Əl hərəkətləri ilə başa salır ki, hamıya salam söyləyim”.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR