Tabloid.az
Sibel Can: “Bir tərəfim azərbaycanlıdır”
O yaşıl gözləri ilə milyonlarla insanı özünə heyran
qoyan gözəl səsli bir qadın. O, gülüşü, nazı ilə bir çox qadının
kumiri. O, əvəzsiz səsi ilə yüzlərlə mahnıya unudulmazlıq
qazandıran bir müğənni. O, bir Sibel Can.
Sibel Canın ANS PRESS-in Türkiyə müxbirinə verdiyi müsahibəsini
sizə təqdim edirik.
Salam Sibel xanım. İstəyirsiz başda oxuyucularımızı salamlayaq.
Hə əlbəttə. Azərbaycanlılar mənim canım ciyərimdir. Həmişə deyirəm,
mənim bir tərəfim azərbaycanlıdır. O qədər çox sevirəm sizi.
Dəfələrlə Azərbaycanda konsert vermişəm. Hamısında da o qədər
xoşbəxt hiss etmişəm ki, özümü, sözlərlə ifadə edə bilmərəm. Heç
bir zaman unuda bilməyəcəyim konsertlərimi mən Azərbaycanda
vermişəm. Ömrümdə heç vaxt bu qədər gül görməmişdim. Unutmuram,
inanılmaz dərəcədə gözəl güllər səhnəyə atılırdı. İnşallah belə
gözəl günlərdə hər zaman birlikdə olarıq.
Bu qədər çox sevirsiz Azərbaycanı. Planlarınız arasında ölkəmizdə
yeni konsert proqramı var?
Hər zaman. Azərbaycandan arzu edildiyim hər zaman oraya gəlmək
mənim üçün böyük bir şərəfdir
Sibel xanım. Bildiyim qədərilə albomlarınızda Azərbaycan
mahnılarına yer verirsiz. Kim seçir bu mahnıları?
Mən Azərbaycan mahnılarının ən böyük heyranlarındanam. Böyük bir
zövqlə dinləyirəm və özüm seçirəm. Bilirsiz, illər qabaq “Sən
Gəlməz Oldun” mahnısını ifa etmişdim. Son albomum “Meşk” üçün də
çox gözəl bir Azərbaycan mahnısını aldım. “Qəbahətin böyükdür”
mahnısını çox sevərək ifa etdim. Onu illər sonra hər kəs yenidən
xatırlamış oldu. Ölkəmizdə də çox sevilir.
Hər medalyonun 2 üzü var. Sibel Canın medalyonun o biri üzündə
nələr var?
Nələr var.....? Demək olar ki, kiçik yaşlardan səhnədəyəm və artıq
sevərlərim hər şeyimi bilirlər. Gizlətdiyim heç nəyim də yoxdur.
Hər şeyimi paylaşıram məni sevən insanlarla.
Tərgizmək istədiyiniz bir xarakteriniz və ya adətiniz var?
Nə bilim. Bu barədə düzünü desəm heç düşünməmişəm. Amma bəzi
zamanlarda hər şeyə qarşı olan xoş niyyətim istismar olunur. Ona
görə bəzən o xarakterimi tərk etmək istəyirəm. Umumiyyətlə bəzən
hər şeyi buraxıb getmək istəyirəm. Hətta gedirəm də. Hər şeydən
uzaqlaşıram. Tətilə çıxıram. Istirahət edirəm.
Sibel xanım mən artıq müsahibəmizi sonlandırmaq istəyirəm. Siz də
bir azdan səhnəyə çıxacaqsız. Daha böyük bir konsertə imza
atacaqsız. Indidən sizə uğur diləyirəm. Və son sözləriniz...
Təşəkkür edirəm. Hər zaman olduğu kimi Azərbaycana, ordakı
qardaşlarımıza salamımı, sevgimi göndərirəm. Biz bir ailəyik bunu
unutmayın. Öpürəm hamınızı.
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...