• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Nazpəri Dostəliyeva: “O, buna görə qardaşını da satar” - QALMAQAL

Nazpəri  Dostəliyeva: “O, buna görə qardaşını da satar” -  QALMAQAL

Müğənni Xatunun verilişlərin birində xalq artisti, sevilən sənətkar Nazpəri Dostəliyevanı parodiya etməsi tərəflər arasında qalmaqala səbəb olub.

Publika.az-ın məlumatına görə, Xatun parodiyadan sonra xalq artistinin qəzəbinə tuş gəldiyini bildirib. Dediyinə görə, guya Nazpəri Dostəliyeva verilişdən sonra onun qardaşı, stilist Balaşa zəng edərək onu xoşagəlməz ifadələrlə təhqir edib: “Nazpəri Dostəliyeva qardaşıma deyib ki, bacın özünü yığışdırsın, yoxsa onu nəsli qarışıq ölkədən çıxartdıraram. Əslində, mən parodiya etmişdim və indən belə daha heç bir müğənnini parodiya etməyəcəyəm. Nazpəri Dostəliyeva bir dəfə tanınmış aparıcını blokda döydürmüşdü. Buna görə də mən yalnız hüquq mühafizə orqanlarına güvənirəm”.

Məsələyə aydınlıq gətirmək üçün xalq artistinə müraciət etdik.

Publika.az-a açıqlama verən Nazpəri xanım bu barədə danışmaq istəmədiyini bildirib: “Mənim bu barədə nəsə söyləməyim onun üçün böyük reklam olardı. Çünki onun kimi milyonlarla adam mənim barəmdə nəsə danışıblar ki, mən bir söz deyim və adımla reklam olunsunlar. Bu yazılanlar boş və mənasızdır. Mən nəinki kiminsə haqqında bir kəlmə də söz deməmişəm, heç buna əhəmiyyət belə verməmişəm. Heç nəsə demək fikrində də deyiləm. Heç yerdə tanınmayan, adam yerinə qoyulmayan, sənətdən xəbəri olmayan, sənətkarlara söz atmaqla özünə reklam qazanmaq istəyən kiminsə haqqında danışmaq onun üçün şərəf olardı. O şəxs məndən öncə Röyaya və Xumar xanıma da sataşmışdı. Çünki məqsədi onların adıyla reklam olunmaq idi. Məsələ burasındadır ki, ağzına gələni danışır, amma sonradan qorxuya düşür və səhvini başa düşür. Toyda məni görəndə bilmir neyləsin. O kimdir ki, mən onun qardaşına zəng edim, nəsə deyim. Reklama görə o, qardaşını da satar, şantaj edər. Görün insanlar reklam üçün hansı vasitələrdən istifadə edirlər. Bu, biabırçılıqdır”.

Qeyd edək ki, Xatun bir vaxtlar müğənni Röya və Xumar Qədimovanı da parodiya etmişdi və nəticədə tərəflər arasında qalmaqal yaşanmışdı.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR