• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Meqan Foks ikinci oğlunu dünyaya gətirdi

Meqan Foks ikinci oğlunu dünyaya gətirdi

Tanınmış aktrisa, Hollivud ulduzu Meqan Foks ikinci övladını dünyaya gətirib.

"Anger Management" teleserialının ulduzu, aktyor Brayan Ostin Qrinin 27 yaşlı xanımı ikinci oğlunu doğub.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, yeni doğulmuş uşağın adı açıqlanmayıb.

Hollivudun ən erotik aktrisalarından biri sayılan Meqan Foks son vaxtlar yalnız "Transformerlər" və ya "Ninza tısbağalar" təki blokbasterlərə çəkilməklə kifayətlənir, vaxtını ailəsinə sərf edir.


Meqan Foks və Brayan Qrinin 1,5 yaşlı Noy adlı oğulları var. M.Foks hamilə olduğu vaxtlarda "People" jurnalına verdiyi müsahibəsində demişdi: "Noanın əla böyük qardaş olacağını düşünürəm. Noa kiçik uşağın həmişə bizimlə yaşayacağını bəlkə də ilk vaxtlar anlamasın. Amma öyrəşəcəyinə əminəm. Ümumiyyətlə isə Noa həmişə diqqət mərkəzində olmağı xoşlayır".


Meqan Foks "Ekranın kraliçası" teleserialının çəkilişlərində tərəf-müqabili, 40 yaşlı aktyor Brayan Ostin Qrinlə 2010-cu ilin yayında ailə qurublar. Onlar 2000-ci ildə tanış olublar.


Qrinin ilk nikahdan olan 11 yaşlı oğlu Kassius da analığı Meqanı çox sevir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR