Tabloid.az
“Şərikli çörək” sahibinin yubileyi qeyd olunacaq
Fevralın 4-də, saat 17.00-da Dövlət Film Fondunda görkəmli kinorejissor Şamil Mahmudbəyovun 90 illik yubileyi keçiriləcək.
Dövlət Film Fondundan Publika.az-a verilən
məlumata görə, tədbir Azərbaycan Respublikası Mədəniyyət və Turizm
Nazirliyi, Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun
dəstəyi ilə keçirilir.
Tədbirdə görkəmli sənətkara həsr edilmiş fotosərgi nümayiş
etdiriləcək, sənət dostlarının xatirələri dinlənəcək.
Azərbaycanın əməkdar incəsənət xadimi, Respublika Dövlət Mükafatı
Laureatı, kinorejissor Şamil Fərəməz oğlu Mahmudbəyov kinoda debütü
“Əyri yolla qazanc” qısametrajlı bədii filmində olub.
Bundan sonra o, “Romeo mənim qonşumdur” musiqili komediyasını,
“Qaraca qız” kinonovellasını, müxtəlif janr və mövzuda “Torpaq.
Dəniz. Od. Səma”, “Həyat bizi sınayır”, “Dərviş Parisi partladır”,
“Şərikli çörək” və başqa filmləri çəkib. Rejissor “Şərikli çörək”
filminə görə 1970-ci ildə Azərbaycan Dövlət Mükafatına layiq
görülüb.
Ş.Mahmudbəyov kinoda aktyor kimi də özünü sınayıb. O, “Yenilməz
batalyon” filmində Qaçaq Əlimərdan, “Fəryad” filmində erməni Samvel
rollarını ustalıqla ifa edib. Bundan başqa, rejissor bir neçə
sənədli filmdə və “Mozalan” satirik kinojurnalı üçün kinosüjetlərdə
də çəkilib.
Cəvahir
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR