Müğənni sevgilisini kişi həkimlərə etibar etməyən futbolçu: məşhurların sevgi hekayəsi - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Müğənni sevgilisini kişi həkimlərə etibar etməyən futbolçu: məşhurların sevgi hekayəsi - FOTOLAR

“Sizə öz günəşimi təqdim edirəm”. İfaçı Şakira “Twitter” səhifəsində futbolçu Jerar Pike ilə çəkilmiş ilk fotosunu bu adla təqdim etdi. Elə bu fotonun ardınca dünya mediasının addımbaaddım izlədiyi yeni bir sevgi romanı ortaya çıxdı. Mətbuat kimi izləmək lazım olduğunu çox yaxşı bilirdi. Çünki Jerar-Şakira sevgi münasibətləri elə əsil latınsayağı serialı xatırladırdı: melodram, qızğın ehtiras, romantik kadrlar və müvəqqəti ayrılıq.

Publika.az “Bizim tərcümə” layihəsi fevralın 2-də ad gününü qeyd edən Şakiranın və Pikenin sevgi hekayəsini təqdim edir.

Jerar Pike sevgilisi Şakira ilə eyni gündə anadan olub, amma ondan düz 10 yaş kiçikdir. Maraqlısı odur ki, cütlüyü də daha çox elə eyni gündə doğulmaları birləşdirir. Bəs onların sevgi hekayəsini taleyin işi hesab etmək olarmı? Bu suala özünüz cavab verəcəksiniz. Yazını oxuyandan sonra.

Şakira İsabel Mebarek Ripoll 1977-ci il fevralın 2-də Kolumbiyada dünyaya göz açıb. Onun damarlarında livan, ispan və italyan qanı axır.

Qızcığaz erkən yaşdan musiqiyə marağı göstərib.

Şakira 2001-ci ildən etibarən dünya arenasına çıxıb. Dünya Şakiranı “Whenever, Wherever” mahnısı ilə kəşf etdi. O, təkcə xüsusi səs tembri ilə deyil, həm də göbək hərəkətləri əsasında qurulmuş rəqs üslubu ilə pərəstişkar ordusu qazandı.

Şəxsi həyatında da hər şey öz qaydası ilə gedirdi. O, 2000-ci ildən etibarən Argentinanın keçmiş prezidentinin oğlu, vəkil Antonio de la Rua ilə görüşürdü. Lakin 2011-ci ildə, 11 illik sevgi münasibətlərindən sonra Şakira ondan ayrıldığını bəyan etdi:

“11 il ərzində Antonio ilə bir-birimizi çox sevdik. Bu, bizim həyatımızın ən gözəl illəri idi. Bununla belə, avqust ayında qarşılıqlı razılıq əsasında ayrıldıq”.

Şakiranın Antoniodan ayrılmağını mətbuatda müxtəlif cür yozdular. Ən çox səsləndirilən səbəb isə Şakiranın sevgilisindən Jerar Pikeyə görə ayrılması idi.

Bəs Jerar və Şakira harada tanış olmuşdular?

2010-cu il dünya futbol çempionatı... Şakira çempionatın himni olacaq “Waka Waka” mahnısı üçün klip çəkilişlərinə hazırlaşırdı. Klipdə isə İspaniya yığmasının müdafiəçisi də çəkilməli idi. Beləcə, onlar rastlaşdılar. Şakira 2 metr boyu olan yaraşıqlı futbolçuya o qədər heyran oldu ki, hətta müsahibə zamanı Jerarın adını çəkməyi da unutmadı:

“David Vilyanın oyunu xoşuma gəlir. Lakin mən İspaniya yığmasının müdafiəçisi Jerar Pikeninin oyunu daha çox sevdim. Bundan əlavə, o çox yaraşıqlıdır”.

Şakira və Jerarın pərəstişkarları onların aralarındakı yaş fərqindən narahat idilər. Bundan başqa, sevimli Şakiranın 11 illik sevgi hekayəsinə son qoyması da pərəstişkarları qıcıqlandırırdı. Antonio de la Rua müğənnini çox qısqanırdı və onun açıq-saçıq kliplərdə çəkilməsinin əleyhinə idi. Antonio Şakiranı çox sevirdi. Eyni zamanda gəncin adı müğənniyə xəyanətlə bağlı da hallanırdı. Bununla belə, Antonio və Şakira şou-biznesin ən möhkəm və izlənilən sevgi cütlüyü idi. Sonra isə birdən-birə kolumbiyalı qız ayrılıq xəbərini yaydı və 4 aydan sonra ad gününü “Barselona” futbol klubunun gənc müdafiəçisi ilə qeyd etdi.

Bəs Şakira futbolçunun diqqətini nə ilə çəkə bilərdi? Məlum məsələdir ki, Şakira gözəl, istedadlı və mehriban (onunla şəxsən ünsiyyət quran hər bir kəs onu belə qiymətləndirir) insandır.

Amma nə ifçı, nə də futbolçu ətrafda gəzişən şayiələrə şərh bildirirdi. Mətbuat isə onların hər bir addımını izləyib, bu məsələni sonadək çözməyə çalışırdı. Az qala cütlük üçün ayrıca jurnalistlər ordusu ayrılmışdı – onların hər qucaqlaşma və öpüşmə səhnələrini fotokameraya çəkməyə çalışırdılar. Hətta qəzetlərdən biri onların öpüşən yerdə çəkilmiş şəklini gətirən şəxsə 150 min avro verməyə də hazır idi. 2011-ci ilin fevralında nəhayət gözlənilən sensasiyalı kadr alındı. Necə deyərlər, od olmayan yerdən tüstü çıxmaz...

Sevgililər yenə də susur və münasibətləri haqda kiməsə söz deməyə hazırlaşmırdılar. Hətta iş o yerı çatdı ki, “Barselona” futbol klubunun məşqçisi Xosep Qvardiola futbolçunu yanına çağıraraq, ondan izahat tələb etdi. Pike, əlbəttə ki, məşqçisinə etiraz edə bilməzdi və o, bütün baş verənləri danışmalı oldu. Qvardiolanın futbolçunun şəxsi həyatını dəqiqliyi ilə izləməsi sonradan ortaya çıxdı. Məşqçi oyunçularının rejimə riayət edirdi, hətta Qvardiola onların barlarda gəzişməsinin əleyhinə olduğundan, futbolçularını izləmək üçün bir yığın xəfiyyə də tutmuşdu. Hər həftə Qvardiolanın masası üzərində Pikenin görüşləri haqda bir qalaq sənəd toplusu olurdu.

Şakira və Pike sevgi romanları haqda ictimaiyyətə açıqlama verdikdən sonra axır ki dərindən nəfəs ala bildilər. Bundan sonra cütlük hara gedirdisə, paparazilər onları izlədi...

Şakira və Pike İspanyanın ən ehtiraslı cütlüyü hesab olunur. Fotolarda onların daim qucaqlaşıb öpüşməyi də əbəs yerə deyil.

Lakin birdən-birə sanki cütlüyün başı üstünü qara buludlar aldı. Jerar Pikenin sevgilisi Şakiraya ondan gənc qızla xəyanət etməsi haqda xəbər yayıldı. Necə olsa, Şakira futboçudan düz 10 yaş böyükdür və Pike daha gənc qızlara meyl edir. Xəbərdən sonra müğənni ilə futbolçunu bir daha bir yerdə görmədilər.

Şakira baş verən hadisələrlə bağlı heç bir şərh bildirməsə də, onun ağır günlər yaşaması gözdən yayınmadı. O zaman Şakira ictimaiyyət qarşısında qısa saçlarla peyda oldu. Bu, onun ağır depressiya keçirməsinin və yeni həyata başlamaq istəməsinin əlaməti idi.

Pikedən ayrıla bilməyən Şakira, deyilənlərə görə, sevgilisinin qarşısına şərt qoymuşdu: ya o qız, ya da mən. Pikenin nə qərar verməsi bizə məlum olmasa da, onların 4 aydan sonra yenidən bir yerdə Barselona küçələrində gəzişməsi paparazilərin kameralarından yayınmadı.

Süjetə görə, növbədə evlilik və ya hamiləlik olmalı idi. Birinci versiyadan danışan az idi. Axı Şakira hələ Antonio de la Rua ilə görüşdüyü vaxtlarda verdiyi müsahibələrində deyirdi: “Evlilik darıxdırıcıdır”. Müğənni mümkün qədər subay qalmaq və münasibətləri adiləşdirməməyə üstünlük verirdi. Süjetin ikinci tərəfinə gəldikdə isə...

2012-ci il dekabrın 28-də Pike “Twitter” səhifəsində Şakira ilə birgə valideyn olacaqlarını bəyan etdi. Xəbər mətbuatda sanki gurultu yaratdı. Lakin sonradan bu xəbərin zarafat olması bəlli oldu. Beləcə, futbolçu hər ilin sonunda İspaniyada qeyd olunan Səfehlər günündə pərəstişkarlarını aldatmış oldu.

Bununla belə, ifaçı daim gündəmdə qalmaqda idi. Yarım ildən sonra Şakira özünü saxlaya bilməyib, sosial şəbəkədə əmzik şəklini yerləşdirərək, hamiləliyini etiraf etdi.

Cütlük uşaq gözlədiyi dövrdə bir neçə jurnalların üz qabağını bəzədi. Qeyd etmək lazımdır ki, Şakira fotolarda çılpaq çəkilməklə sensasiyaya səbəb oldu. Fotolarda yarıçılpaq Şakira irəli çıxmış qarnını nümayiş etdirir, Pike isə öz sevgilisini qucaqlayırdı. Hamiləlik vaxtı Şakira öz bədən formasını nümayiş etdirməkdən çəkinmir və çox xoşbəxt olduğunu deyirdi.

Yanvarın 22-də cütlüyün Milan adlı övladı dünyaya gəldi. Doğuş kişi həkim personalı olmadan həyata keçirildi. Ümumiyyətlə, Pike dəliqanlı ispan kişisi kimi sevgilisi Şakiranı qısqanır və onu kişilərlə klipdə çəkilməsinə qadağa qoyur...

Belə səhnələrin finalı adətən toyla bitir. Lakin Şakira və Pike hadisələri qabaqlamaq fikrində deyirlər. Cütlük hələ ki toy haqda düşünmür. Onlar 3 gün bundan əvvəl ikinci dəfə valideyn olublar.

Tərcümə: Nərmin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm