Mikelancelonun 2 əl işi tapılıb
Bizi izləyin

Tabloid.az

Mikelancelonun 2 əl işi tapılıb

Britaniyalı alimlər İntibah dövrünün italiyalı dahi heykəltaraşı Mikelancelonun 2 əl işinin aşkar edildiyini bəyan ediblər.

Publika.az-ın məlumatına görə, həmin qoşa heykəlin hər birinin hündürlüyü təxminən 1 metr təşkil edir, heykəlin hər biri qaplanı yehərləmiş pəhləvanı təsvir edir.

Bundan əvvəl tarixi XVI əsrin əvvəllərinə aid edilmiş həmin qoşa heykəlin , daha az tanınan başqa bir ustaya aid olduğu güman edilirdi.

Lakin bu yaxınlarda tədqiqatçı alimlərdən biri qoşa heykəllərin Mikelancelonun qaralama rəsmlərindən birində təsvir edilmiş fiqurlarla eynilik təşkil etdiyinə diqqət yetirmişdi.

Həmin qaralamanın sürətini dahi sənətçinin tələbələrindən biri əbədiləşdiribmiş.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm