14 yaşında ərə gedən azərbaycanlı aktrisa: “Yoldaşımın başqa ailəsi olduğunu bilmirəm” – FOTOLAR
Bizi izləyin

Tabloid.az

14 yaşında ərə gedən azərbaycanlı aktrisa: “Yoldaşımın başqa ailəsi olduğunu bilmirəm” – FOTOLAR

Şəki Dövlət Dram Teatrının aktrisası Sima Şabanovanın Publika.az-a müsahibəsi

- Sima xanım, sizinlə bağlı çox az məlumata malikik...

- Mən 14 yaşımda ərə getmişəm, elə həmin ildən də teatrda işləyirəm. Universitet bitirməmişəm. Çox maraqlı və qarışıq həyat hekayəm var.

- Neçə ildir teatrda işləyirsiniz?

- 19 ildir.

- Yetərincə gəncsiniz. Neçə yaşınız var ki, 19 ildir teatrdasınız?

- 1982-ci ildə anadan olmuşam.

- Bu müddət ərzində yalnız Şəki Dövlət Dram Teatrında işləmisiniz?

- Şəki Dövlət Dram Teatrında, Şuşa Teatrında işləmişəm.

- Sonuncu iş yeriniz hara olub?

- Ümumiyyətlə, mənim daimi iş yerim Şəki Dövlət Dram Teatrıdır.

- Amma Şuşa Teatrındakı tamaşalarda da oynamısınız.

- Bəli, Bakıda da bəzi filmlərə çəkilmişəm.

- Hansı filmlərə?

- Cavid Təvəkkülün “Döngələr” filminə və Nadir Diridağlının “Tək olanda qorxma” serialına çəkilmişəm.

- Sizcə, aktrisa olmaq üçün təhsil nə dərəcədə vacibdir?

- Əlbəttə, təhsil çox vacibdir.

- Aktrisalığa gəlişinizi təsadüf saymaq olar, yoxsa bu, doğrudan da, sevdiyiniz peşədir?

- Bu sənətə qarşı çox böyük məhəbbətim var.

- Ali təhsil almaq istərdiniz?

- Əlbəttə, istərdim. Sadəcə, vaxtım olmadığı üçün təhsil ala bilmədim.

- Bundan sonra təhsil alacaqsınız?

- Bu barədə fikirləşirəm. Ola bilsin, bu il sənəd verdim.

- Hazırda seriala, filmə çəkilirsiniz?

- Xeyr, hazırda Bakıdayam və heç bir çəkilişim yoxdur.

- Açıq-saçıq rollar təklif olunsa, razılıq verərdiniz?

- Əslində, bu, problem deyil. Amma kim istəyirsə çəkilir, istəməyən çəkilmir.

- Siz çəkilərsiniz?

- Yox, imtina edərəm. Əslində, mənimçün də problem deyil. Amma insan ailəsini düşünür.

- Siz ailəlisiniz?

- İki övladım var, amma ailəli deyiləm.

- Nə zamandan?

- Bir az olar.

- Sizi 14 yaşında hansı ağılla ərə veriblər?

- Bir anam idi, o da xəstəydi.

- Bəs sizi kim ərə verib?

- Özüm qoşulub qaçmışdım.

- Qaçdığınız adamın neçə yaşı vardı?

- 21 yaşı vardı.

- Neçə il bir yerdə yaşadınız?

- İndiyə qədər.

- Axı deyirsiniz ki, ailəli deyilsiniz...

- Yəni mənim onunla rəsmi nikahım yoxdur.

- Bəs o insan ailəlidir?

- Bu barədə məlumatlı deyiləm.

- Teatr aləmindən olan adamdır?

- Yox, yox, bizneslə məşğuldur.

- Övladlarınız onun adını və soyadını daşıyır?

- Bəli.

- Nə əcəb indiyədək münasibətləri rəsmiləşdirməmisiniz?

- Buna ehtiyac durmuram.

- Səbəb?

- Ola bilsin, bu, mənim sənətimlə bağlıdır.

- Nə mənada? Məgər aktrisa rəsmi nikahsız yaşamalıdır?

- Yox, elə demək istəmədim. Yəni mən onunla ailə qursam, evdə oturmalı olacağam.

- Düşünürsünüz ki, belə daha yaxşıdır?

- Mən 18 ildir bu sənətlə yaşayıram və bu sənət mənim ailəmdir. Amma kimləsə ailə qursam, gərək evdə oturum, sənətimdən ayrı düşüm.

- İndi o şəxs sizə qadağa qoymur?

- Xeyr.

- Bəs maddi dəstək verir?

- Bəli.

- Başqa yerdən gəliriniz olurmu?

- Şəki teatrından 170 manat əməkhaqqı alıram və çəkilişlərdən az-çox qazanıram.

- Övladlarınızın neçə yaşı var?

- Oğlumun 18, qızımın 12 yaşı var.

- Hər ikisinin valideyni eyni şəxsdir?

- Bəli, odur.

- Bu peşəyə meyli olanı varmı?

- Qızımın istəyi var idi, imkan vermədim.

- İstərdiniz qızınız kimləsə vətəndaş nikahında yaşasın?

- Əsla, istəməzdim.

- Bəs niyə özünüzə rəva bilirsiniz?

- Bəlkə də, uşaq olmuşam...

- Amma indi uşaq deyilsiniz.

- İndi uşaq olmadığıma görə düzgün fikirləşirəm...

- Siqaret çəkirsiniz?

- Qətiyyən, heç vaxt çəkməmişəm.

- Açıq-saçıq səhnəyə həyatınızdakı insana görə çəkilməzsiniz?

- Ailəmə, uşaqlarıma görə çəkilmək istəməzdim. Onlar qəbul etməzlər.

- Hətta böyük məbləğdə qonorar təklif olunsa belə?

- Əsla, razılaşmaram.

- Övladlarınız və onların atası geyimlərinizə müdaxilə edirlərmi?

- Qarışmırlar.

- Daha çox hansı stilə üstünlük verirsiniz?

- Orta stildə.

- Yəni?

- Sadə geyinməyi xoşlayıram. Gödək ətəklər də, açıq-saçıq libaslar da geyinirəm. Amma siz düşündüyünüz dərəcədə yox. Biz Azərbaycanda yaşayırıq və gərək bununla ayaqlaşaq. Camaat efirə baxanda açıq-saçıqlıq yox, istedad görmək istəyir. Rejissor aktrisanı açıq-saçıq göstərməklə reytinq yığmaq istəyirsə, bu yanlışdır. Çünki mən özüm də müşahidə edirəm ki, belə məqamlar tamaşaçılarda nifrət yaradır. Biz azərbaycanlıyıq.

- Bildiyimə görə, Akademik Milli Dram Teatrında işləmək istəyirsiniz. Bu barədə teatr rəhbərliyinə müraciət etmisiniz?

- Artıq müraciət etmişəm. Güman edirəm ki, müsbət cavab alacağam. Hələlik heç bir cavab verilməyib.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm