Murad Arif: “Mahnılarımı verirəm”
Bizi izləyin

Tabloid.az

Murad Arif: “Mahnılarımı verirəm”

Tanınmış aparıcı, prodüser və bəstəçi Murad Arif mahnılarını müğənnilərə iqtisadi maraqlarına uyğun şəkildə verdiyini deyib.

Publika.az-ın məlumatına görə, Murad heç vaxt mahnılarını hansısa müğənniyə hədiyyə etmədiyini də bildirib: “Mən mahnılarımı müğənnilərə iqtisadi maraqlarıma uyğun olaraq verirəm. Azərbaycan estradasında elə bir müğənni yoxdur ki, məndən mahnı istəməsin. A kateqoriyasından olan starların hamısı mahnılarımı oxumaq istəyib. Yalnız bir-iki müğənni istisna ola bilər”.

Bəstəçi bəzi mahnılarının sırf maddi stimuldan yarandığını da etiraf edib: “Elə mahnılarım var ki, onları maddi stimula görə bəstələmişəm. Məsələn, “Brilliantlar” adlı mahnımı misal çəkə bilərəm”.

Murad Arif əksər musiqilərinin isə mənəvi ehtiyacdan yarandığını da bildirib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm