“Xəzər” TV-nin canlı yayımında söyüş söydülər! – VİDEO
Bizi izləyin

Tabloid.az

“Xəzər” TV-nin canlı yayımında söyüş söydülər! – VİDEO

“Xəzər” televiziyasının canlı yayımında daha bir qalmaqala səbəb olacaq hadisə yaşanıb.

Publika.az xəbər verir ki, Zaur Kamalın aparıcısı olduğu “5-də 5” verilişinin qonaqları olan müğənnilər - Niyam Səlami və Səidə Sultan böyük marağa səbəb olublar.

Türkiyədən yenicə qayıdan Niyam müğənni Səidəyə brilyant qaşlı üzük hədiyyə edib:


“Səidə mənə “pomada” tapşırmışdı, almağa utandım. Əvəzində ona brilyant qaşlı üzük almışam”.

Səidə Sultan isə öz növbəsində Niyam Səlami barədə xoş sözlər səsləndirib:

“Ölərəm səninçün... Niyam kimi oğlan hər qıza qismət olmaz. Ona kim getdisə, xoşbəxt olacaq”.

Proqramın sonlarına doğru isə iki sənətçinin oynadığı səhnəcik efir etikasına zidd sözlərlə yadda qalıb.


Publika.az həmin verilişdən olan videonu təqdim edir.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm