Qorxmayın, o, həmişə bizimlədir - Polad Bülbüloğlu yubileyini qeyd edir
Bizi izləyin

Tabloid.az

Qorxmayın, o, həmişə bizimlədir - Polad Bülbüloğlu yubileyini qeyd edir

Bu gün Azərbaycan bəstəkarı və müğənnisi, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, xalq artisti Polad Bülbüloğlunun ad günüdür.

Publika.az-ın məlumatına görə, Polad Bülbüloğlu 1945-ci ildə fevralın 4-də Bakıda anadan olub. Soyadını atasının ləqəbindən – Bülbül – götürüb. Uzun müddət Azərbaycan Respublikasının mədəniyyət naziri kimi fəaliyyət göstərib. Hazırda Rusiya Federasiyasında Azərbaycanın fövqəladə və səlahiyyətli səfiridir.


1973-cü ildə əməkdar incəsənət xadimi, 1982-ci ildə Azәrbaycan SSR xalq artisti adına layiq görülüb.


Polad Bülbüloğlu geniş yayılmış bir sıra mahnıların müәllifi vә onların ifaçısı kimi tanınıb. Kinofilmlәrә, dram tamaşalarına yazılan gözəl musiqilərin, simfoniya, simfonik poema vә başqa әsәrlәrin müәllifidir.


Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu “Müqəddəs Knyaz” Nevski mükafatına layiq görülüb. Səfir bu mükafata Rusiyanın Regionlararası İctimai Fondu tərəfindən layiq görülüb.


Polad Bülbüloğlu Rusiya və Azərbaycan xalqları arasında sülhün, anlaşmanın qorunmasında, dostluq tellərinin möhkəmlənməsindəki xidmətlərinə görə təltif edilib.


O, Azərbaycanın maraqlarına uyğun apardığı işə, yaratdığı “Məhəbbət və ölüm” baletinin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində tamaşaya qoyulması ilə böyük mədəniyyətimizə verdiyi sanballı töhfəyə, ölkəmizin imici üçün göstərdiyi səylərdə mənəviyyat və vətənpərvərlik nəzər nöqtəsindən çıxış etdiyinə görə Azərbaycanda “2009-cu İlin Adamı” elan edilib.


2015-ci il fevralın 3-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polad Bülbüloğlunu “Şərəf” ordeni ilə təltif edib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm