Tabloid.az
Leyla Əliyeva qala gecəsində - FOTOLAR
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskvada Yəhudi Muzeyinin ənənəvi illik təntənəli qala şam yeməyində iştirak edib.
Moskvada Osventsim konslagerində saxlananların azad olunmasının
70 illiyinə həsr olunmuş 2 tədbir baş tutub. Onlardan birincisi
Yəhudi Tolerantlıq Muzeyi və Mərkəzində Yan Vanrit və Yeqor Zaikin
şəxsi sərgilərini birləşdirən "İnsan və faciə" layihəsi ilə açılıb.
Növbəti tədbir isə "Metropol" otelində keçirilən Yəhudi Muzeyinin
təntənəli qala şam yeməyi olub.
Rusiyalı aktrisa Kseniya Rappoportun aparıcılıq etdiyi gecədə
muzey və fondun Qəyyumluq Şurasının üzvləri Viktor Vekselberq,
Diana Qindin və Leonard Blavatnik, eləcə də fəxri qonaqlar çıxış
ediblər. Yəhudi Tolerantlıq Muzeyi və Mərkəzinin baş direktoru
Aleksandr Boroda Roman Abramoviçə "İlin xeyriyyəçisi - 2014" fəxri
fərmanını təqdim edib. Son olaraq tədbirin xüsusi qonağı, Moskvaya
həyat yoldaşı Benjamen Milpye ilə qatılan Natali Portman çıxış
edib. Aktrisa zaldakılara burada iştirak etmək şərəfinə görə
təşəkkür edib və qeyd edib ki, hazırda tolerantlıq ideyaları heç
vaxt olmadığı qədər aktualdır.
Rəsmi hissədən sonra qonaqlar Yevqeniy Marqulis, Vadim Eylenkriq və Aleksandr Filippenkonun çıxışlarından zövq alıblar. Gecənin proqramında pianist Yekaterina Skanavi və onun gənc qızı Aleksandra Stıçkinanın ifasında klassik əsərlər də səslənib. Tədbir çərçivəsində toplanan bütün vəsait muzeyin endaumentinə yönəldilib.
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə18 Aprel 22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...