Mingəçevirdə “Eşq və İntiqam” olacaq
Bizi izləyin

Tabloid.az

Mingəçevirdə “Eşq və İntiqam” olacaq

Mingəçevir Dövlət Dram Teatrı 2015-ci ilin mövsümünun ilk tamaşasının hazırlığına başlayıb.

Teatrdan Publika.az-a verilən məlumata görə, Süleyman Sani Axundovun ən maraqlı əsərlərindən olan “Eşq və İntiqam” Mingəçevir teatrında yenidən səhnələşdirilir. Xalq artisti Zülfüqar Abbasovun quruluş verdiyi bu faciəvi əsərin regionda böyük izləyici kütləsini qazanacağına ümidlər böyükdür. Yaşlı və orta nəslin tanınmış aktyor və aktrisa heyəti böyük həvəslə tamaşanın məşqlərinə hazırlaşırlar.

Qeyd edək ki, tamaşada Gəncə Dövlət Dram Teatrının aktyoru, əməkdar artist Elxan Abbasov da rol alıb. Tamaşa fevralın sonuna qədər teatrsevərlərin ixtiyarına veriləcək.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm