Maral Tahirqızı barəsində sanksiya veriləcək
Bizi izləyin

Tabloid.az

Maral Tahirqızı barəsində sanksiya veriləcək

İnsan alverində təqsirləndirilən müğənni Maral Tahirqızının məsələsilə bağlı cinayət işinin istintaqı yekunlaşmaqdadır.

Xətai Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, müğənni Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə ittiham olunur.

Məlumatda o da bildirilir ki, istintaq tam yekunlaşdıqdan sonra müvafiq sanksiyanın verilməsi üçün cinayət işinin materialları prokurorluğa göndəriləcək.

Qeyd edək ki, Maral Tahirqızı bu günlərdə təqsirləndirilən şəxs qismində Xətai Rayon Polis İdarəsinə çağırılaraq ifadəsi alınıb.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm