Əməkdar artistin oğlundan təzə xəbər
Bizi izləyin

Tabloid.az

Əməkdar artistin oğlundan təzə xəbər

Əməkdar artist, Musiqili Komediya Teatrının aktyoru Çingiz Əhmədovun oğlu da şou-biznes aləminə qədəm qoyub.

Publika.az-ın məlumatına görə, aktyorun oğlu İbrahim Əhmədov reper kimi fəaliyyətə başlayıb. Azərbaycandan çox Rusiyada tanınan İbrahim qazandığı uğurlardan da məmnundur.

Oğlunu dəstəklədiyini və reper kimi bəyəndiyini deyən Çingiz Əhmədov zarafatından da qalmayıb: “Anası İbrahimin reper kimi fəaliyyət göstərməsinə daha çox dəstək verir. O, gələcəkdə İbrahimin böyük uğurlar əldə edəcəyinə inanır. Mən də oğlumun istedadına güvənirəm, amma mənimki “indiyski” mahnılardır, ölürəm də o mahnılar üçün”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm