Polad Bülbüloğlu yubileyini belə qeyd etdi - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Polad Bülbüloğlu yubileyini belə qeyd etdi - FOTOLAR

Heydər Əliyev adına Sarayda görkəmli ictimai və musiqi xadimi, bəstəkar-müğənni, xalq artisti Polad Bülbüloğlunun anadan olmasının 70 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib.

Publika.az-ın məlumatına görə, tədbir xalq artisti Cavanşir Cəfərovun rəhbərlik etdiyi Azərbaycan Simfonik Orkestrinin müşayiəti və Polad Bülbüloğlunun məşhur “Dolalay" mahnısının ifasıyla başlayıb. Səbəbkar mahnını həm Azərbaycan, həm də rus dilində oxuyub.

Çıxışından sonra görkəmli sənətkar Heydər Əliyev adına Sarayda çıxışlarını xatırladıb. Həmçinin qeyd edib ki, onun bu sarayda verdiyi bir neçə konsertdə ümummilli lider Heydər Əliyev də iştirak edib:

“İndi də zalın ilk sıralarına baxanda düşünürəm ki, o, burada oturub. Onun yeri görünür”

Bu gün prezident İlham Əliyev tərəfindən “Şərəf” ordeni aldığını vurğulayan səbəbkar, ardınca digər məşhur mahnılarını oxuyub.

Xatırladaq ki, konsertdə fəxri qonaq qismində bir çox məşhur sənətkarlar, o cümlədən Jurabek Murodov, İosif Kabzon, Larisa Dolina, Nikolay Baskov, Yuri Antonov, Fərrux Zakirov, Vaxtanq Kikabidze iştirak ediblər

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm