Elnur “O səs Türkiyə”də tək qaldı - VİDEO
Bizi izləyin

Tabloid.az

Elnur “O səs Türkiyə”də tək qaldı - VİDEO

Azərbaycanlı müğənni Elnur Hüseynov "O səs Türkiyə" yarışmasında növbəti dəfə qalib olub.

Publika.az xəbər verir ki, son seçimlər mərhələsində səhnəyə çıxan həmyerlimiz "Daft Punk"ın "Get lucky" mahnısını ifa edib. Rəqibi Seda Yiyin isə Sertab Erenerin "Aşk" mahnısını oxuyub.

E.Hüseynovun ifası həm münsiflər, həm də tamaşaçı səsverməsiylə bəyənilib və o, canlı yayımlar mərhələsinə keçib.

Qeyd edək ki, Elnur Hüseynov “O səs Türkiyə”də qalan yeganə azərbaycanlıdır.

Qeyd edək ki, TV8 telekanalında Acun İlicalının aparıcı olduğu səs yarışmasının münsiflər heyətində məşhur müğənnilər Ebru Gündeş, Hadisə, Mazhar-Özkan cütlüyü və Gökhan Özoğuz yer alır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm