Mədəniyyət günlərinə Masallı start verəcək
Bizi izləyin

Tabloid.az

Mədəniyyət günlərinə Masallı start verəcək

Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Bakı şəhərində Azərbaycanın rayonlarının mədəniyyət günləri keçiriləcək.

Mədəniyyət günlərinə Masallı rayonu ilə start veriləcək. Masallı mədəniyyət günləri fevralın 10-da keçiriləcək. Bununla bağlı təşkilat komitəsi yaradılıb. Təşkilat komitəsinin sədri, Masallı rayon icra hakimiyyətinin müavini Nəsir Muxtarlının Publika.az-a verdiyi məlumata görə, mədəniyyət günləri çərçivəsində geniş tədbirlər həyata keçiriləcək.

Musiqli Komediya Teatrının binasında baş tutacaq tədbirin rəsmi hissəsindən əvvəl sərgi təşkil olunacaq. Qonaqlar bu sərgi vasitəsilə Masallı rayonunun tarixi, adət-ənənəsi, təbiəti, mətbəxi, turizm potensialı ilə tanış olacaqlar. Sərgidə rayonun görkəmli şəxsləri, qəhrəmanları, elm və incəsənət xadimləri barədə də məlumatlar yer alacaq. Fevralın 10-u saat 18-00-da isə Musiqili Komediya Teatrının binasında Masallının incəsənt kollektivlərinin iştirakı ilə konsret proqramı keçiriləcək.

Qeyd edək ki, mədəniyyət günlərinə Masallı ilə start verilməsi rayonun belə tədbirlərin keçirilməsində təcrübəyə malik olması ilə bağlıdı. Son üç ildə Masallıda Beynəlxalq Folklor Festivalı böyük uğurla keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm