• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Elza Seyidcahana mükafat: İlin şairəsi... - VİDEO

Elza Seyidcahana mükafat: İlin şairəsi... - VİDEO

Bu gün ekstravaqant müğənni, əməkdar artist Elza Seyidcahan media mənsublarını başına yığıb, “ilin şairəsi” adına layiq görülməsi ilə bağlı mətbuat konfransı keçirib.

Publika.az-ın məlumatına görə, müğənniyə verilən “ilin şairəsi” adı media qurumları arasında keçirilən sorğu nəticəsində bəlli olub.

Konfransda Elza Seyidcahan şeirlərindən danışıb, jurnalistləri başına toplamasının səbəblərinə aydınlıq gətirib: “Çoxları mənim şeirlərimi öz adları ilə təqdim edir. Bu gün sizləri bura ona görə çağırmışam ki, mənə məxsus olan şeirləri görəsiniz. Uşaq yaşlarımdan şairəliyim vardı, amma bunu gizlədirdim. Əslində, mən şairə olmaq arzusunda olmamışam. Çünki şairə xanımlar, adətən, dərdli, bədbəxt olurlar. İstəməmişəm mən də belə olum. Amma bəzən elə əhvali-ruhiyyədə oluram ki, dərdlərimi şeirlə ifadə etmək fikrinə düşürəm”.

E.Seyidcahan öz şeirlərinə yazılan mahnılardan da danışıb. Onun sözlərinə görə, artıq bir mahnı hazırdır, onu müğənni Elton Hüseynəliyev oxuyub: “Qarşıda bir neçə müğənniyə də mahnı verəcəyəm. Hətta Polad Bülbüloğluya da mahnı vermək istəyirəm”.

Ən çox klassik şairləri sevdiyini deyən Elza yaradıcılığında da klassik üslubu qorumağı üstün tutur: “Mən demirəm ki, böyük şairəyəm. Amma səmimi duyğularımı kağız üzərinə köçürürəm. Şeirlərimi sevənlər də çoxdur. Çox adam mənə zəng vurub deyir ki, sanki mənim hisslərimi kağıza köçürürsən...”

Mətbuat konfransında Elzanın qızının nişanlısı fotoqraf Elxan da iştirak edib. Elza onu da bildirib ki, Elxan bundan sonra onun köməkçisi kimi fəaliyyət göstərəcək.

Sonda mətbuat konfransında iştirak edən keçmiş müğənni Zahidə Məmmədsalahova Elzaya qızıl saat bağışlayıb. Konfransda müğənniyə həmçinin “Fəxri media mükafatı” da təqdim edilib.

Publika.az Elza Seyidcahanın məşhur "Üşüyorum" şeirinə bəstələdiyi mahnını da təqdim edir:

Cəvahir

Fotolar Elçin Murad

Xəbər lenti

DAHA ÇOX XƏBƏR