• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Kök model çimərlik geyimində - FOTO, VİDEO

Kök model çimərlik geyimində - FOTO, VİDEO

Amerikanın böyük bədənli qadınlar üçün çimərlik geyimləri istehsalçısı “SwimsuitsForAll” böyük bədən ölçülü tanınmış model Eşli Qremin iştirakı ilə çəkilən növbəti reklam çarxını təqdim edib.

Pubika.az-ın Tabloid az-a istinadən verdiyi məlumata görə, qeyri-standart bədən ölçülərinə sahib model fotosessiyada da iştirak edib. Eşli şəkillərdə qara bikinidə özünün iri bədən ölçülərini nümayiş etdirir. Həmin şəkillərdən biri isə “Sports Illustrated Swimsuit” jurnalının yeni buraxılışında çıxacaq. Daha öncə iri sinəli model Keyt Aptonu üz qabığına çıxaran jurnalın tarixində bu bir ilk olacaq. Çünki jurnalı öz tarixində ilk dəfə olaraq böyük bədən ölçülü modelin fotosunu dərc edəcək.

Bu şərəfə nail olan Eşli Qrem seksual bədənə sahib olduğunu bildirib:

“Yaxşı bilirəm ki, çox seksual bədənə sahibəm. İstəyirəm ki, hamı öz bədəni haqqında elə düşünsün. Kök olmağınızdan utanmayın, əksinə, hər zaman görünüşünüzlə qürur duyun. Artıq bütün dünya bikinidə daha “yeməli”, qabarıq görünüşlü xanımlar görməyə hazırdır. Məhz “SwimsuitsForAll” da qadınlara özünə inamlı və seksual görünməyə kömək edir”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR