• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İlkin Həsəni: “Kənan yalvardı ki, kreditim var, mənə kömək et” – FOTOLAR

İlkin Həsəni: “Kənan yalvardı ki, kreditim var, mənə kömək et” – FOTOLAR

“Bozbaş pictures” komandası media mənsublarını başına toplayıb, " 28 Cinema“-da Ay Brilliant” filminin çəkilişləri ilə bağlı mətbuat konfransı keçirib.

İlkin Həsəni filmin çəkilişləri barədə məlumat verərək “Ay brilliant”ın çəkilişlərinin Bakıda və Gürcüstanda aparıldığını bildirib.

Film maraqlı ssenari əsasında çəkilib. Əsas süjet xəttini Kənan M.M. təklif edib: “Filmin ideyasını o, bizə təklif etmişdi. Ssenarinin yazılması prosesində Samit Ağayev və Ənvər Abbasova müraciət etdik. Beləliklə, üç nəfərin birgə işi nəticəsində “Ay brilliant” filmini çəkdik”.

Onun sözlərinə görə, filmin çəkilişləri prosesində texniki problemlərlə üzləşiblər: “İstəyirdik ki, filmi dekabrda tamaşaçılara təqdim edək. Amma həmin ay bizim dostlarımızın filmləri: “My name is İntiqam” və “Xoxan” ekranlara çıxdığına görə “Ay brilliant”ın təqdimatını mart ayına saxladıq”.

Kənan M.M. də filmlə bağlı təəssüratlarını paylaşıb və zarafatından qalmayıb: “Bizdən öncə “Xoxan” və “My name is İntiqam” filmləri yayımlandı. Deməli, hələ kino rəhmətə getməyib. Çalışmışam ki, həyatda və sənətdə seçim edərkən yanılmayım. Çəkiliş vaxtı uşaqların qəlbini qırmışamsa…Amma gərək elə edəydilər ki, qəlblərini qırmayaydım”.

Filmdə tanınmış aktyor Şamil Süleymanlı də rol alıb. Aktyor filmə Kənan M.M-in dəvəti ilə gəldiyini bildirib: “Kənan mənim ən çox sevdiyim rejissordur. O, məni nəinki “Bozbaş”a, hətta dolma filminə də çağırsaydı, gedib çəkiləcəkdim. O, mənim bacıoğlumdur və mənə dilənçi rolu da versə, oynayacağam. Çünki onun istedadına inanıram”.

Filmdə dram, sevgi motivləri, atışma səhnələri də var. Filmdə maraqlı məqamlardan danışan İlkin zarafat edib: “Filmin ən maraqlı məqamı Kənanın şpaqat açması oldu. Daha sonra şeirlər söylədi. Onu da deyim ki, bu ideya Kənandan gəldi. Qayıtdı ki, bir film çəkmək istəyirəm, yalvardı ki, vəziyyətim pisdir, kreditim var, bizim də ona yazığımız gəldi, razılaşdıq”.

İlkin Həsəni növbəti filmlərin də çəkiləcəyini bildirib: “Sevinirik ki, tamaşaçılar artıq kinoteatrlara gedir və yerli filmlərimizə maraq böyükdür. Biz dostlarımızın da uğuruna sevinirik. “Xoxan” və “My name is İntiqam” filmləri də uğur qazandı. Bu, bizim ilk işimizdir, sağ olsun sponsorlarımız, bizə kömək etdilər”.

Filmin büdcəsinə gəlincə, İlkin Həsəni layihəyə təxminən 150 min manat vəsait sərf olunduğunu bildirib.

Cəvahir

Fotolar: Elçin Murad

Xəbər lenti

DAHA ÇOX XƏBƏR