Elnarə Azərbaycanın siması seçildi
Bizi izləyin

Tabloid.az

Elnarə Azərbaycanın siması seçildi

Müğənni Elnarə Xəlilova yeni beynəlxalq layihədə təmsil olunacaq. TRT Avaz telekanalının hazırladığı layihənin məqsədi türk dünyasının təbliğatıdır.

Publika.az-ın məlumatına görə, layihə çərçivəsində “Avaz” adlı türk dünyasının birliyini əks etdirən mahnı yazılıb. Mahnının ifası üçün hər bir türk xalqını təmsil edən müğənni seçilib. Təşkilatçılar Azərbaycanın simasını tanıtmaq üçün Elnarəni seçiblər.

Bir neçə gündən sonra yaradıcı heyət klip çəkilişləri üçün Bakıya gələcək. Bakının müxtəlif tarixi məkanlarında Elnarə üçün klip lentə alınacaq. Klip və mahnı TRT Avaz və bütün türk xalqlarının telekanallarında yayımlanacaq, eləcə də radio dalğalarında səslənəcək.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm