“Ona qədər heç kimlə öpüşməmişdim” – Hollivud məşhurlarının sevgi hekayəsi
Bizi izləyin

Tabloid.az

“Ona qədər heç kimlə öpüşməmişdim” – Hollivud məşhurlarının sevgi hekayəsi

Onların “dostluğunu” media diqqətlə izləyirdi: indi Mila və Eşton Nyu-Yorkda qəlyanaltıya qaçır, bax onlar Balidə istirahət edirlər. Bax burada isə onlar qeyri-dost kimi öpüşdülər. Bütün bunlar aktyor Eşton Katçerin arvadı Demi Murdan boşanma mərhələsində baş verirdi.

Publika.az “Bizim tərcümə” layihəsi üçün Hollivud aktyorları Eşton Katçer və Mila Kunisin sevgi hekayəsini təqdim edir.

Stiv Cobs roluna görə Eşton meyvə pəhrizinə keçmişdi. Necə deyərlər, “Apple” şirkətinin xətrinə Eşton meyvə-tərəvəzlə qidalanırdı. Bu vaxta qədər də Katçer bir neçə dəfə pəhriz saxlamalı olub. Lakin mədə ağrısından həkimə müraciət edəndə Eştondan soruşdular:

- Siz nə ilə qidalanırsınız?

- Əvvəlcə üzüm idi, - Eşton üzünü qırışdırdı. - Sonra isə kök yeməyə başladım. Bütün bunlardan sonra bədənim sanki nəzarətdən çıxmağa başladı.

- Heç də təəccüblü deyil, - həkim donquldandı.

- Lakin cənab Cobs illərlə bu pəhrizdə yaşayıb, - aktyor öz kumirinin müdafiəsinə qalxdı.

Eşton köks ötürdü. Onun mədəaltı vəzində də problem yaranmışdı. “Cobs” filminin çəkilişləri zamanı Eşton sürətlə arıqlamağa başladı, spazmalar və daimi yorğunluqdan əziyyət çəkdiyi üçün həkimə ehtiyac duydu.

- Əgər siz qəhrəmanınızın necə həyat tərzi sürdüyünü tam anlamısınızsa, onda icazə verin bunun nəticələrini aradan qaldıraq, - həkim dedi.

Palatada tək qaldıqdan sonra Eşton arzuolunan rolun ona baha başa gəlməsi haqqında düşünməyə başladı. Stiv Cobs obrazına despotik, sakit görünüşlü və eyni zamanda dostcanlı Eşton Katçerdən başqa heç kim bu qədər uyğun gələ bilməzdi. Lakin Eşton elə ilk dəqiqələrdən çəkiliş heyətinin sevgisini qazana bilmədi. Həmkarlarının nifrət dolu baxışlarından başqa, Mila ilə arasında yaranan gərginlik də ona mane olurdu. O, Milaya çəkiliş meydançasına gəlməyi qadağan etmişdi. Qorxurdu ki, qəfil kobudluq edib Milanı incidər. Axı onların sevgi romanı təzəcə başlayıb. Hər ehtimala görə, Eşton müvəqqəti məsafə saxlamağa çalışırdı. Lakin bir neçə aydan sonra Eştonda Milaya qarşı əvvəlki hissləri yenidən baş qaldırdı. Bu hisslər isə 90-cı illərdə çəkilmiş “70-ci illərin şousu” serialının çəkilişləri zamanı yaranmışdı.

“Katçerə qədər heç kimlə öpüşməmişdim”

1998-ci illərdə Mila “70-ci illərin şousu” serialında rol qazanmaq üçün sınaq məşqlərində yalana əl atmalı oldu. Aktrisa sonradan həmin anları gülüşlə xatırlayacaqdı:

– Yaşımla bağlı suala cavab verdim: “18 olacaq. Lakin nə zaman 18 olacağını demədim. Çünki hələ 14 yaşım vardı”.

Mila az tanınmış aktyorla camaatın gözü qarşısında öpüşməli olacağından xəbər tutanda isə geriyə çəkilməyə yol yox idi. Axı heç kim bilmirdi ki, Mila heç vaxt öpüşməyib və bu, onun ilk öpüşü olacaq...

– Mila, sən hazırsan? – rejissor soruşdu.

Həyəcandan titrəyən qız özünü ələ alıb, çarpayıya doğru addımladı. Lazımi vəziyyəti almazdan öncə Eşton Milanı özünə tərəf çəkdi.

– Sən kəpənəyə bənzəyirsən, – Eşton Milanın həyəcandan qızarmış qulağına pıçıldadı. - Səndən həm də gül qoxusu gəlir...

– Yaxşı görək! – Eştonun sözlərindən sonra həyəcanı sovuşan Mila gülümsədi. – Gəl işi yekunlaşdıraq.

Öpüş səhnəsi bir anın içində çəkildi. Çəkiliş meydanında bütün qızların sevimlisinə çevrilən Eşton bir anın içində Mila ə özündənrazı oğlandan səmimi dosta çevrildi.

İlk öpüş sınağı hər ikisi üçün xoş xatirəyə çevrildi. Lakin kadr arxası sevgidən söhbət gedə bilməzdi. Çünki 20 yaşlı Eşton da daxil olmaqla “70-ci illərin şousu” serialında çəkilən bütün yeniyetmələr ciddi nəzarət altında idi. Kino nizamnaməsinə görə, aktyor və aktrisalar bir-birinə aşiq ola bilməzdi. Eşton isə Mila ilə maraqlanırdı, lakin hisslərini birbaşa ifadə edə bilmədiyindən ona qardaşcasına münasibət göstərirdi. Hər dəfə Milanı çəkilişlərdən sonra buterbroda qonaq edəndə aktyorun qara gözlərində qığılcım qopurdu. Hər halda, buna sevgi adını qoymaq tez idi. Sevginin zamanı hələ gəlib çıxmamışdı.

Dostluq sevgiyə çevriləndə...

Mila və Eşton film çəkilişlərindən sonra da dostluq münasibətlərini qoruyub saxlayırdılar. Eşton Milanın “Evdə tək” filminin qəhrəmanı Makoley Kalkinlə sevgi münasibətindən xəbərdar idi. Bununla belə, Mila Eştonun evinə qonaq gəlməyə davam edirdi. Eşton isə aktrisa Demi Mur ilə ailəli idi. Mila ailənin daxilində baş verən narazılıqları sezirdi. Eşton və Demi xoşagəlməz xəbərləri qəzetlərdən öyrənirdilər. Mila aktrisa Demi Mura pis münasibət bəsləmirdi. Lakin dostu Katçerin daim qəmli və kədərli olmasına da tab gətirə bilmirdi. Sarı mətbuat isə Katçerin arvadına xəyanətindən yazırdı. Altı uşaq anası Demi həm kişilər, həm də qadınlarla sevgi münasibəti saxlayırdı. Eşton da kənarda kiminləsə sevişirdi. Altı il idi ki, ailə bu cür yaşayırdı. Sonda isə barıt çəlləyi kimi partladı...

Mila dost kimi Eştonun yanında, ona həmdərd olmağı yardım etməyi özünə borc bilirdi. Onlar çox vaxt bir yerdə gəzir və ayrıldıqdan sonra da məktublaşırdılar. Eştonu qalmaqallı xəbərlərdən uzaqlaşdırmaq və boşanma prosesini unutdurmaq üçün Mila onu özünün sakit və xudmani evinə aparırdı. Mila Eştonun qeydinə qalıb, əvəzində isə ondan gül buketi almağı xoşlayırdı. Qız bahalı hədiyyələrdən imtina edirdi. Çünki Milanın fikrincə, aralarındakı münasibət ona belə hədiyyələri qəbul etməyə imkan vermirdi. Bəs bu nə münasibət idi belə?

“Başa düşürsünüz, mən adi qadın olmaq istəyirdim. Sadəcə, sevilmək və görüşə getmək... Lakin mənim kişilərlə tanış olmağa vaxtım yox idi. Eşton isə məni bu qayğılardan azad edirdi, kafeyə gedib, dost kimi qəhvə içirdik”, –Mila xatırlayır.

– Bir sual verəcəyəm, – bir axşam Mila dedi. – Səninlə Demi arasında hər şey bitib? Çünki mən heç vaxt hansısa qadına xəyanətdə iştirak etmərəm.

– Hər şey bitib, – Eşton təsdiqlədi. – Azadlığa çıxdım və anladım ki, mənə heç azadlıq da lazım deyilmiş. Mən səninlə olmaq istəyirəm. Əlbəttə, əgər sən əleyhinə deyilsənsə...

Qayıdış

Sonra isə Eşton arzularının rolunu aldı və Milanı unutdu. “Cobs” filminin sonuncu mərhələsi bitdikdən sonra Mila yenidən peyda oldu. Üzü qırxılmamış, arıqlayıb xortdana dönmüş Eşton o dünyadan gələn ruha bənzəyirdi.

– Mənim mövcudluğumu xatırladığın üçün sevindim, – Mila təmkinlə dedi. –Ulduz xəstəliyindən xəbərim var, lakin sən, görünür, kinoya tamamilə aludə oldun.

– Mən səni unutmamışdım, – Eştonu onun çiyinlərini sıxdı. – Ulduz xəstəliyinə gəldikdə isə demək istəyirəm ki, pullarla yatıb duran yaraşıqlı oğlan obrazını oynamaq istəmirəm. Lakin mən bu haqda danışmağa gəlməmişəm. Biz çəkilişlər üçün Los-Ancelesə, sonra isə Hindistana gedəcəyik. Qısası, sən mənimlə banketə gedərsən?

Mila onun sözlərinə inanmadı və istər-istəməz gülümsədi. Eştonun banketə dəvətini evlilik bəyannaməsi kimi də qəbul etmək olardı. Ona görə, aktyor sözlərinə əlavə etdi:

– Mən sənə bir şey gətirmişəm, – telefonun qabından brilyant üzük çıxardı. Nə baş verdiyini başa düşmək üçün çox vaxt lazım olmadı: üzüyün qiyməti haradasa min dollardan da çox idi və o, xüsusi sifarişlə hazırlanmışdı.

– Eş, – Mila onun tüklü üzünə toxunub dedi. – Sən Cobsdan sonra həqiqətən də ağlını itirmisən!

...”Cobs” filmindən sonra Eşton Mila ilə Çinə romantik səyahətə çıxdı. Eşton evlilik təklifini Böyük Çin səddində etmək istəyirdi. Amma o, seçim qarşısında qalmışdı: Demi Murla boşandığı üçün 10 milyon dolları ödəsə, Böyük Çin səddinə səyahət edə bilməzdi. Bədxahlar Eştonu arvadını əsəblərini korlamaqda ittiham etməyə başladılar. Yox, gözdən düşməmək və qalmaqaldan uzaq durmaq üçün başqa qadınla evlənməyin zamanı deyildi...

- Azad kişi olsaydım, mənə ərə gələrdin? – Eşton özünü toplayıb Miladan soruşdu.

- Sənin Demi ilə olan məhkəmən heç zaman bitməyəcək. Bu haqda bir söz deyə bilmərəm.

- Bəs nəzəri cəhətdən?

- Nəzəri cəhətdən hə.

Eşton gülümsədi. O əmin idi ki, bu dəfə ailə həyatı uğurlu olacaq, tərəflərdən biri digərindən istifadə etməyəcək...

Tərcümə: Nərmin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm