Qalmaqallı sənətçinin kürəkəni: “Onu anam qədər sevirəm” - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Qalmaqallı sənətçinin kürəkəni: “Onu anam qədər sevirəm” - FOTOLAR

Ekstravaqant sənətçi Elza Seyidcahanın kürəkəni fotoqraf Elxan Publika.az-ın kamerasına tuş gəlib.

Elza Seyidcahanı anası qədər çox istədiyini deyən Elxan hər zaman onunla məsləhətləşdiyini bildirib: “Elza xanım mülayim insandır və heç vaxt nişanlımla mənim işimə qarışmayıb. Bu günə qədər onun qızı ilə aramızda söz-söhbət də olmayıb, çünki ikimiz də eyni xasiyyətli insanlarıq. Elza xanımın qızı üzüyola, sakit və münaqişə yaratmayan qızdır. Mən onu seçdiyimə görə heç vaxt peşman olmayacağıma əminəm”.

Onu da öyrəndik ki, toy bu ilin yayında baş tutacaq.

Qeyd edək ki, əməkdar artist Elza Seyidcahan gələcək kürəkənini özünə köməkçi seçib. Bu səbəbdən də, bundan sonra Elzanın bütün yaradıcılıq layihələrində Elxan da iştirak edəcək.

Сəvahir

Foto Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm