İlkin Həsəni “Bozbaş”a elçi düşənlərdən danışdı - FOTO
Bizi izləyin

Tabloid.az

İlkin Həsəni “Bozbaş”a elçi düşənlərdən danışdı - FOTO

İlkin Həsəni çəkilişləri tamamlanan “Ay brilliant” filminin xarici ölkələrdə də nümayiş olunmasını arzulayır.

Bu barədə Publika.az-a İlkin hələlik bu arzunun mümkünsüz olduğunu da bildirib: “Çox istərdik ki, Azərbaycanda çəkilən filmlər, o cümlədən də “Ay brilliant” filmi ölkə xaricində də nümayiş olunsun. Gürcüstan, Türkiyə və digər ölkələrdə bizi sevən dostlarımız var. Amma dostluq çərçivəsində bu işi reallaşdırmaq mümkün deyil. “Ay brilliant”ın Türkiyə ekranlarına çıxarılması üçün milyonlarla vəsait lazımdır. O vəsait də bizdə yoxdur”.

Həsəni rəhbərlik etdiyi “Bozbaş pictures”dən də danışıb. Dediyinə görə, bir çox aktyorlar ona müraciət edərək əməkdaşlıq arzusunda olduğunu bildirib: “Bizə müraciət edib birgə çalışmaq arzusunda olan insanların sayı-hesabı yoxdur. Amma biz qəbul etmirik, çünki öz formatımız var. Bu formata uyğun olmaq çox çətindir. Bu yaxınlarda sıralarımıza bir nəfəri qəbul etdik, siz onu Qılman doktor kimi tanıyırsınız. O da tamaşaçı sevgisini qazanıb”.

Cəvahir

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm