• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Aytən Səfərovadan acı etiraf

Aytən Səfərovadan acı etiraf

ANS TV-nin tanınmış teleaparıcı Aytən Səfərova kasıb ailədə böyüdüyünü etiraf edib.

ANS PRESS-in məlumatına görə, "Salam, Azərbaycan" səhər proqramının aparıcısı Rövşanə Ağasəfqızının "Bazar səhəri" verilişində ürək sızladan açılamar verib:

"Çox kasıb ailədə böyümüşəm. Elə vaxtlarımız olub ki, çörəyi iyləyib qardaşıma vermişəm ki, ac qalmasın. İndi durub yalandan özümü öyə bilmərəm".

"Ailələrdə baş verən narazılıqların çoxu maddi çatışmazlıqdan yaranır. Mən özüm bunun şahidi olmuşam. Kasıbçılıqdan dağılan o qədər ailələr var ki" -deyən Səfərova, ailənin maddi durumunun əsas amillərdən biri olduğunu vurğulayıb.

Teleaparıcı hər kəsin vətəndaşlıq borcunun olduğunu xatırladıb: "Biz Azərbaycan qadınları nə ediriksə, vətəndaşlıq naminə etməliyik. Namusumuzu da Azərbaycan üçün qorumalıyıq, övladı da Vətən üçün dünyaya gətirib böyütməliyik"

Xəbər lenti

DAHA ÇOX XƏBƏR