Arif Quliyev: "Sevgilim məni məcburi sünnət elətdirdi"
Bizi izləyin

Tabloid.az

Arif Quliyev: "Sevgilim məni məcburi sünnət elətdirdi"

Xalq artist Arif Quliyevin anası peyda olub.

Publika.az-ın məlumatına görə, 85 yaşlı Qızbəs Səmədova adlı bir xanım “Səni axtarıram” verilişində xalq artisti Arif Quliyevin anası olduğunu bəyan edib.


Həyat yoldaşı dünyasını dəyişəndən sonra ikinci dəfə ailə qurduğunu deyən qadın oğlunun baldızı tərəfindən qaçırıldığını bildirib. Dediyinə görə, Sahibəli adlı keçmiş həyat yoldaşı çox məşhur adam olub: “Oğlumu atmamışam. Həyat yoldaşım dünyasını dəyişəndən sonra ikinci dəfə ailə qurdum. Bibisi gəlib dedi ki, uşağı ver, sünnət etdirim, qaytaracağam. Amma qaytarmadı. Verilişlərin birində Arif Quliyev həyatından danışanda bildim ki, o, mənim oğlumdur”.

Arif Quliyev fikirlərini Publika.az-la bölüşüb:

“Bu, artıq 16-cı qadındır ki, anam kimi ortaya çıxır. Amma onun dediklərində həqiqət görmürəm. Dediyinə görə, guya bibim məni sünnət etdirmək adıyla aparıb. Amma mən 19 yaşımda sünnət olunmuşam. Buna da məni sevdiyim qız məcbur elədi. Bu qadına gəlincə, onun anam olub-olmadığını bilmirəm. Yəqin ki, DNT analizindən sonra hər şey bəlli olacaq. Təki əsl anam olsun. 65 yaşım olsam da, hələ də ana həsrəti ilə yaşayıram”.

Asya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm