Tanınmış aktrisa həbs oluna bilər: Ona qarşı narkotiklə bağlı cinayət işi açılıb
Bizi izləyin

Tabloid.az

Tanınmış aktrisa həbs oluna bilər: Ona qarşı narkotiklə bağlı cinayət işi açılıb

Türkiyənin məşhur aktrisalarından biri olan Berrak Tüzünataç həbs oluna bilər. Narkotik maddələrdən istifadə etməsi ilə əlaqədar olaraq aktrisa barəsində cinayət işi açılıb.

Türkiyənin məşhur aktrisalarından biri olan Berrak Tüzünataç həbs oluna bilər. Narkotik maddələrdən istifadə etməsi ilə əlaqədar olaraq aktrisa barəsində cinayət işi açılıb.

Cinayət işində aktrisaya iki il müddətində həbs cəzasının verilməsi tələb edilib. Aktrisa bir müddət bunadan öncə narkotik maddə istifadə etməsinə görə, Türkiyə Ədliyyə Nazirliyində ifadə verəndən sonra sərbəst buraxılıb. Daha sonra aktrisanın saç tellərində yoxlama aparılıb. Bu zaman onun narkotikadan istifadə etdiyi faktı öz təsdiqini tapıb.

Xatırladaq ki, narkotik maddələrdən istifadəyə görə Kənan İmirzalıoğlu, Nehir Ərdoğan, Engin Altan Düzyatan kimi Türkiyə səhnələrinin məşhur simaları da Ədliyyə Nazirliyində ifadə veriblər. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm