Səidədən keçmiş ərinin “gecə evə gəlmirdi” iddiasına REAKSİYA
Bizi izləyin

Tabloid.az

Səidədən keçmiş ərinin “gecə evə gəlmirdi” iddiasına REAKSİYA

Müğənni Səidə Dadaşovanın keçmiş həyat yoldaşı, türkiyəli Səlçuq Gökgöz keçmiş xanımı barədə iddialarla çıxış edib. O bildirib ki, Səidəni müğənninin atası, xalq artisti Rafael Dadaşovun xahişinə görə məhkəməyə verməyəcək. Gökgöz keçmiş həyat yoldaşını məhkəməyə verməsə də, ailəsinin dağılmasında təqsirkar bildiyi şəxslərin adını açıqlayıb:

“2011-ci ildə Bakıya köçəndən sonra Səidənin anası və prodüseri Arzu Abbasova bizim ailəmizi dağıtdı. Mən düzgün adamam, amma Səidənin gecə həyatına alışa bilməyib, ondan boşanmağı qərara aldım. Çünki Səidə evə gəlmirdi. Bir sözlə, ailə həyatı ona görə deyildi, azadlığı sevirdi. Əlimdən gələn maddi-mənəvi köməyi göstərdim. Amma dəyərimi bilmədi. Onun ürəyi təmizdir, amma ətrafı pis. O gün eşitdim ki, telekanalların birində xalası, xalq artisti Brilliant Dadaşova onu biabır edib. Brilliant heç bir zaman mənim ailəmə müdaxilə etməyib. Amma söz-söhbət olan zaman Səidəni danlayırdı. Səidənin ailəsi də ondan bezib. Mən onun barəsində polisə şikayət etmişdim. Amma atası zəng etdi, xahiş elədi ki, qızını polisə verməyim. Mən də bu xahişi nəzərə alıb, onu polisə vermədim. Onu Allaha tapşırmışam”.

S.Gökgöz deyib ki, Səidədən ayrıldıqdan sonra ailə də qurub: “Artıq 6 aydır ki, evliyəm. Sevib-seçdiyim xanım tam ürəyimcədir. O, Ukrayna vətəndaşıdır. İndi özümü çox xoşbəxt hiss edirəm. Ata olmağa hazırlaşıram”.

Publika.az səsləndirilən ittihamlarla bağlı Səidə Dadaşova ilə əlaqə saxlayıb. Sənətçi keçmiş həyat yoldaşının iddialarını nə təsdiq, nə də təkzib edib:


“Başa düşmədim, 2015-ci ildir. Ondan çoxdan ayrılmışam. Bu barədə heç nə demək istəmirəm. Mənim heç nədən xəbərim yoxdur”.

Əməkdaşımızın “keçmiş həyat yoldaşınızın iddialarını qəbul edirsinizmi” sualına sənətçi belə cavab verib:

“Ümumiyyətlə, bu haqda danışmaq istəmirəm, olar? O, mənim problemim deyil və mənə aid sual deyil. Danışmağa vaxtım yoxdur”.

Qeyd edək ki, Səlçuq Gökgöz sözügedən ittihamları lent.az-a açıqlamasında səsləndirib.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm