“Azərbaycan Mətbəxi” Böyük Britaniyada mükafat aldı
Bizi izləyin

Tabloid.az

“Azərbaycan Mətbəxi” Böyük Britaniyada mükafat aldı

Böyük Britaniyada nəşr olunan “Azərbaycan Mətbəxi” kitabı ən yaxşı Şərqi Avropa Kitabı və ən yaxşı yemək kitabı kateqoriyasında “Dünya Qurman Yemək Kitabı 2014” mükafatı qazanıb.

Publika.az-ın məlumatına görə, kitab “Saqi Books” nəşriyyat evində Tahir Əmiraslanov və Leyla Rəhmanovanın köməyi ilə hazırlanıb.

Yüzdən artıq dadlı yemək reseptləri ilə zəngin olan Azərbaycan mətbəxi bölgənin ekzotik və müxtəlif ləziz dadları üçün əla başlanğıc hesab olunub.

Məlumat üçün bildiririk ki, əsası 1983-cü ildə Londonda qoyulan "Saqi Books" nəşriyyat evi Şimali Afrika və Yaxın Şərqdə akademik və müxtəlif maraqlara uyğun keyfiyyətli kitablar nəşr edir.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm