• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Londonda “Cazərbaycan” konserti

Londonda  “Cazərbaycan” konserti

“Buta” İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Londonda keçirilən II Beynəlxalq “Buta” Azərbaycan incəsənəti festivalı çərçivəsində “Ronnie Scott`s” caz klubunda “Cazərbaycan” adlı konsert gecəsi keçirilib.


Publika.az-ın məlumatına görə, tədbirdə tanınmış azərbaycanlı caz ustaları Əminə Fiqarova və İsfar Sarabski konsert proqramı ilə çıxış ediblər.


“Buta” İncəsənət Mərkəzinin baş direktoru Nəsib Piriyev Azərbaycanın caz mədəniyyətindən, onun ənənəvi muğam musiqisi ilə əlaqəsindən danışıb. N.Piriyev azərbaycanlı caz ustalarının uğurlu sənət yolları haqqında məlumat verib, “Buta” festivalının növbəti tədbirlərindən bəhs edib.


Daha sonra Ə.Fiqarovanın rəhbərlik etdiyi “Əminə Fiqarova seksteti”nin və İ.Sarabskinin rəhbərlik etdiyi “İsfar Sarabski trio”sunun ifasında Azərbaycan və Qərb cazından kompozisiyalar səsləndirilib.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR