Elza yenə yazdı: “Ürəyimə ox”
Bizi izləyin

Tabloid.az

Elza yenə yazdı: “Ürəyimə ox”

Daha çox qlamur tərzi, marjinallığı ilə seçilən Elza Seyidcahanın social şəbəkılrədə yeni şeiri yayıyılıb. Təbii ki, bu söz yığınına şeir demək mümkünsə.

Publika.az heç bir şərh vermədən bəstəkar müğənninin “şeir”ni təqdim edir:

Görərsən sən.

Harda olsam gələrsən sən,

Qismət olsa görərsən sən.

Həsrətimdən ölərsən sən,

Ölməginən, yazıqsan sən...

Sən yazıqsan... Yazıqsan!

Sevən çox... Sevilən yox!

Sevilən çox, sevən yox!

Sevilən xoşbəxtdir,

Sevən yox... ölən yox!

Ürəyimə ox???

Sənə yox, sənə yox!

Yazığım... Dəlim...

Göz açandan o insan ki, sevilmişdir, seçilmişdir,

Alışmışdır sevgiyə...

Sevgi ile yoğrulmuşdur, yanmışdır...

Öpüşmüşdür sevgi ilə...

Boğuşmuşdur, onun ilə doğulmuşdur...

Təzədənnən doğulmuşdur...

Hər sevəndə doğulursan,

Ölürsən...

Yenisindən, yenisindən,

Yiyəsindən!

Sevginin öz yiyəsi var...

Ay yazıq...!? Kisəsi var, kuzəsi var...

Nizəsi var, qalxanı var...

Yatanı var, durani var...

Hamısı bir sevginindir...

Sevgimindir, Sevgilimdir,

Hər dəqiqə, hər anım,

O mənimdir, mənimdir!

Harda olsam gələcək o...

Qismət olsa görəcək o...

Görərsən sən... Baxarsan sən...

Mənimdir o...

Bilirsən sən?

Mənimsən sən... Mənimsən!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm