Avstraliya ilk dəfə “Eurovision”-a qoşulacaq
Bizi izləyin

Tabloid.az

Avstraliya ilk dəfə “Eurovision”-a qoşulacaq

İlk dəfə Avstraliya 2015-ci il mayın 19-dan 23-dək Vyanada keçiriləcək “Eurovision” mahnı müsabiqəsinə qoşulacaq.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, mahnı müsabiqəsinin təşkilatçısı Avropa Yayım İttifaqı tədbirin yubileyi ilə əlaqədar yarışmaya qonaq ölkəni dəvət etmək qərarına gəlib. Qeyd edək ki, bu il “Eurovision” mahnı müsabiqəsinin 60 illik yubileyidir.

Bununla da, mahnı müsabiqəsində mübarizə aparacaq ölkələrin sayı 40-a çatıb. Avstraliyalı ifaçının “Eurovision”-da yalnız bir dəfə iştirak edəcəyi bildirilir.

Cənubi qitənin sakinləri yarımfinal və finalda iştirak edən ölkələrə səs verə biləcəklər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm