“Bu, dədənizin kanalı deyil”- ATV-dən aparıcılara XƏBƏRDARLIQ
Bizi izləyin

Tabloid.az

“Bu, dədənizin kanalı deyil”- ATV-dən aparıcılara XƏBƏRDARLIQ

Prodüser Tolik dünən gecə ATV-nin efirində baş verən qalmaqala görə izləyicilərdən üzr istəyib.

Publika.az-a açıqlama verən prodüser baş verənlərə belə aydınlıq gətirib: “Əslində, biz efirdə şou yaratmaq fikrində deyilik, gərək bu hadisə də olmayaydı. Düzdür, biz Cavidlə barışdıq, amma yenə də deyirəm ki, o, haqlı deyildi. Əslində Cavid canlı yayımı tərk etməli deyildi. Çünki mən haqlı idim. Durub sorğu keçirsək, 70 faiz insan məni prodüser kimi tanıyacaq, amma Cavidi aparıcı kimi on faiz tanıya bilər. Mən də efiri tərk etməyəcəkdim, amma Cavidin sözləri məni qıcıqlandırdı. O, mənə dedi ki, sən belə tanınmaqdansa, tanınmasan, yaxşıdır. Şükür Allaha, hamı məni xeyirxah insan, peşəkar prodüser kimi tanıyır. Efiri yarımçıq tərk etdim, sonra rəhbərlik bizə xəbərdarlıq etdi ki, bu, dədənizin kanalı deyil, buna görə də yenidən canlı yayıma qatıldım. Əslində, qayıtmasaydıq, bizi verilişdən uzaqlaşdıracaqdılar. Mən buna görə izləyicilərdən üzr istəyirəm”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm