Tabloid.az
Bakıda möhtəşəm layihə
Ötən ilin 21 avqust - 7 sentyabr tarixlərində Bakıda keçirilmiş “Dünya sübhdən günbatanadək” layihəsi çərçivəsində hazırlanan “Bakı sübhdən günbatanadək” tammetrajlı sənədli filminin təqdimatı olacaq.
Publika.az-a verilən məlumata görə, təqdimat fevralın 18-də Nizami Kino Mərkəzində baş tutacaq.
Təqdimat mərasimində iştirak etmək üçün Polşadan layihənin müəllifləri və prodüserləri Bakıya dəvət olunub.
Məlumat üçün bildirək ki, layihə çərçivəsində dünyanın müxtəlif
şəhərlərindəki kino məktəblərinin tələbələrinə və gənc rejissorlara
silsilə seminarların keçirilməsinə əsaslanmaqla, bir neçə həftəlik
kurs müddətində tələbələr müəllimlərin nəzarəti altında
qısametrajlı sənədli filmlər kolleksiyası üzərində birgə
çalışıblar. Nəticədə şəhərin canlı təsviri kimi 60 dəqiqəlik
sənədli film istehsal olunub.
Qeyd edək ki, layihə bu günədək 12 şəhərdə - Minsk, Kiyev, Moskva,
Pekin, Tokio (2011), Tbilisi, İrəvan, Kişinyov, Bıdqoş (2013),
Bakı, İstanbul və Kəlküttədə (2014) həyata keçirilib.
Layihənin tərəfdaşları Polşanın Adam Mitskeviç İnstitutu, Polşa
Kino İnstitutu, TVP 2 Polşa Milli Televiziyası, Belsat kanalı,
Polşa Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Nazirliyi və “Azanfilm” studiyasıdır.
Cəvahir
-
Magazin122:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin120:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər
-
Nida Xəbər 17:20
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir
-
Magazin216:40
Tanınmış müğənninin vəziyyəti pisləşdi - Xəstəxanaya aparıldı