Səməndər Rzayevin anım gecəsi keçirildi
Bizi izləyin

Tabloid.az

Səməndər Rzayevin anım gecəsi keçirildi

Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, əməkdar artist Səməndər Rzayevin anım gecəsi keçirilib.

Publika.az-ın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan gecədə tanınmış mədəniyyət xadimləri, aktyorlar iştirak edib.

Gecədə aktyorun həyat və yaradıcılıq yoluna nəzər salınıb.

Qeyd olunub ki, Səməndər Rzayev 1945-ci ildə Bakıda anadan olub, 1964 -1968-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsində təhsil alıb.


Yaradıcılıq fəaliyyətinə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında başlayan S.Rzayev burada Xacə Nizam, Knyaz, İbn Yəmin Hətəmxan ağa, Vaqif, Valentin, Muradov, Vahid kimi rollarda çıxış edib.


S.Rzayev teatr fəaliyyəti ilə yanaşı, “Evləri köndələn yar” televiziya tamaşasında, “Babamın babasının babası&, &Od içində&, &Babək&, &Bəyin oğurlanması& və başqa bədii filmlərdə çəkilib.


Sənətdə qazandığı uğurlara görə S.Rzayev Əməkdar artist fəxri adı ilə təltif olunub.

Cəvahir

Foto: Elnur Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm