Bakıda gizli seksual hissləri tərənnüm edən “Bozun 50 çaları”
Bizi izləyin

Tabloid.az

Bakıda gizli seksual hissləri tərənnüm edən “Bozun 50 çaları”

Fevralın 12-dən etibarən Nizami Kino Mərkəzində 3D formatında “Süngər Bob” animasiya filminin, “Kinqsman: məxfi xidmət” və “Bozun 50 çaları” bədii filmlərinin nümayişinə başlanıb.

Publika.az-ın məlumatına görə, Amerika rejissoru Pol Tibbitin çəkdiyi “Süngər Bob” cizgi filmi ailəvi komediya və macəra janrındadir. Yaş həddi: +6.

Hammının sevimlisi olan Süngər Bob öz sualtı dünyasını xilas etmək üçün dostları ilə Yerüstü dünyaya çıxmalıdır.

Filmdə rolları Antonio Banderas, Tom Kenni, Erik Bauza, Tim Konuey, Eddi Dizen, Rob Polsen, Kevin Maykl Riçardson, Eypril Styuart, Kri Sammer, Billi Uest və başqa aktyorlar canlandırıb.

Rejissor Metyu Vonun Ceyn Qoldmanın ssenarisi əsasında çəkdiyi “Kinqsman: məxfi xidmət” filmi komediya, macəra, kriminal və döyüş janrındadır. Yaş həddi: 18+.

Dəniz piyada qoşunlarında xidmət etmiş Ceri yüksək intellektə sahibdir. Böyük işlərə nail ola biləcək halda xırda cinayətkar olmağı seçən gənc, günlərin birində vaxtilə atasının xilas etdiyi Qarri Hartla tanış olur. Həmin insan Cerinin həyatını yaxşıya doğru dəyişmək üçün əlindən gələni etməyə çalışır. Harri ona dünyanın müdafiəsində dayanmış məxfi müstəqil təşkilatın agenti olduğunu söyləyir və xüsusi təlim keçdikdən sonra bu komandaya üzv olmağı təklif edir. Bəs təklifi qəbul edən Ceri, bütün sınaqlardan keçib, Harrinin ümidlərini döğrulda biləcəkmi?

Filmdəki rolları Kolin Fert, Semuel L.Cekson, Maykl Keyn, Adrian Kuinton, Mark Stronq, Conno Devis, Cek Devenport, Aleks Nikolov, Samanta Yanu, Mark Hemmil və digər aktyorlar ifa ediblər.

Yeni filmlər sırasında ilin ən ğözlənilən “Bozun 50 çaları” filmini rejissor Sem Teylor-Conson, E.L. Ceymsin eyniadlı roman-bestselleri əsasında çəkib. Ekran əsəri dram və melodram janrlarının remiksidir. Yaş həddi: 18+

Hollivud ulduzları Melani Qriffit və Don Consonun qızı filmdə Anasteyşa rolunu ifa edən Dakota Conson bu ekran əsərini möcüzəvi məhəbbət nağılı adlandırıb.

Baş qəhrəman Anasteyşa Stil yaxın rəfiqəsi və qrup yoldaşı Keytlə birgə kirayə evdə qalır. Universitetdə buraxılış imtahanına bir həftə qalmış, Anasteyşa xəstələnən rəfiqəsinin xahişi ilə cazibədar milyarder Kristian Qreydən müsahibə almağa gedir. Cox da uğurlu alınmayan müsahibədən sonra Anasteyşa cavan milyarderlə bir daha görüşəcəklərini ağlına belə gətirmir. Gözlənilmədən Qrey gənc qızın işlədiyi mağazada peyda olur və bu gəliş onların münasibətlərini dərinləşdirir. Müddət keçdikcə Anasteyşa varlı Qreyin gizli seksual hissləri haqda öyrənir...

Filmdəki obrazları aktyorlar Ceymi Dornan, Dakota Conson, Lyuk Qrayms, Viktor Rasuk, Eloiza Mamford, Marşa Qey Harden, Rita Ora, Maks Martini, Kallum Kit Renni, Cennifer İli və başqaları canlandırıb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm