Xanım müğənnidən şok etiraf: “Qadın mənə zəng etdi ki, ərin yanımdadır” – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Xanım müğənnidən şok etiraf: “Qadın mənə zəng etdi ki, ərin yanımdadır” – FOTOLAR

Müğənni Sevda Kazımova Sevgililər günü ərəfəsində sürprizlə qarşılaşıb.

Publika.az-a danışan müğənni 12 illik ayrılıqdan sonra barışdığı həyat yoldaşının onu brilyantlara qərq etdiyini deyib: “Həyat yoldaşım mənə brilyant qaşlı üzük, ardınca qızıl qolbaq bağışlayıb. Bilirəm ki, bu sürprizlər fevralın 14-də də davam edəcək. Aramızda olan uzun illik ayrılıq, görünür, sevgimizi daha da möhkəmləndirib. Kim deyirsə ki, indiki zamanda sevgi yoxdur, yalan danışır. Mən yoldaşımdan 12 il ayrı qaldım. Amma nə o evləndi, nə mən ərə getdim. Söz yox ki, bu müddət ərzində onunla evlənmək arzusunda olan qadınların sayı-hesabı olmayıb. Çünki mənim ərim həm yaraşıqlıdır, həm ağıllı. Qadınlar da xarizmatik kişilər üçün ölür”.

Xanım müğənni zamanında bir çox qadınların onların arasına nifaq salmaq istədiyini də deyib: “Yoldaşımla yeni evləndiyim vaxtlarda hər zaman aramıza giriblər. Hətta qadınlar mənə zəng edib deyiblər ki, ərin yanımdadır. Hansı ki, həmin vaxt yoldaşım mənim yanımda olub. Heç vaxt yoldaşımı elə qadınlara qısqanmamışam. Çünki qürurlu qadın olmuşam. Elə buna görə də qürurum yoldaşımı geri qaytardı. Cavanlara da məsləhət görərdim ki, qürurlarını itirməsinlər, əks halda, ərlərini və sevgililərini yanlarında saxlaya bilməyəcəklər. Kişilər maraqlı və özlərinə hörmət edən xanımlara üstünlük verir. Özlərini ayaq altına salan və qüruru olmayan xanımların nə ər yanında hörməti olur, nə də dost-tanış yanında”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm