• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Afaq Aslan: “Sevgilim lezbiyanlara meyillidir, ancaq Aytaca…” - FOTOLAR

Afaq Aslan: “Sevgilim lezbiyanlara meyillidir, ancaq Aytaca…” - FOTOLAR

Azərbaycan mətbuatı iki müğənni arasında başlayan və getdikcə daha sərt xarakter alan qalmaqalla çalxalanır. Müğənni Aytac Bərdəlinin müsahibəsindən sonra başlayan qalmaqal Afaq Aslanın müsahibəsi ilə pik nöqtəyə çatıb. Həmkarını homoseksual adlandıran Afaq Aslanın iddiaları isə hələlik cavabsız qalır. Əks tərəf susmağa üstünlük verir. Bunun fırtınadan öncəki sükut olması ehtimalı da var. Görəsən, sərt iddiaların müəllifi dilinin bəlasına düşməkdən qorxmur ki? Afaq Aslan sözlərinə görə cavab verməyə hazırdırmı?

Tabloid.az-ın suallarına Afaq Aslan cavab verir.

- Açıqlamalarınız çoxdankı bilgilərinizə əsaslanır. İndiyədək niyə susurdunuz?

- Yenə də danışmazdım. Ancaq mənim haqqımda danışmağı, mətbuata verdiyi müsahibə məni çilədən çıxartdı. Guya ona şər atıram, otel zad tanımır, aydan arı, sudan durudur, xəbərimiz yox. Bunu oxudum, cin vurdu təpəmə. Xəbəri də mənə dostlarım yolladı ki, Aytac sənin haqda belə şeylər danışıb. Əvvəlcə danışmaq istəmədim. Çünki mən danışsam, gərək o ölkədən köçə. Axırda da yumdum gözümü, açdım ağzımı….

- Onu lezbiyanlıqda ittiham etmisiniz. Qorxmursunuz ki, bu cəsarətiniz sizə baha başa gələ. Məsələn, məhkəməyə verilsəniz, nə edəcəksiniz? Dediklərinizi sübut edə biləcəksinizmi?

- Məhkəmə uşaq baxçası deyil ki, belə şeylərə vaxt ayırsın. Məhkəməyə nə deyəcək? Deyəcək ki, mənim lezbiyanlığımı sübut et? Şər atmıram ki. Düz üzünə deyirəm. Mən olan yerdə o deşik axtarır girməyə. Afaqın olmadığı yerdə isə şirə dönür. Məhkəməyə müraciət eləmək də o deməkdir ki, mənim qarşıma çıxmalıdır. Buna isə cəsarəti çatmaz. Çünki onun evinə gedəndə qapını arxadan bağlayıb mənə yalvarırdı ki, gecəni onunla qalım. “Nə olar, mənimlə yat, bu gecə yanımda qal. Mən səndən ötrü ölürəm. Nə istəsən, sənə alaram, bircə gecəni mənimlə geçir”, - deyirdi. Bütün bunları Aytac mənə deyib. Dalınca danışmıram ki, üzünə deyirəm.

- Ancaq o, bütün bunları ağ yalan adlandırır.

- Mən olmayanları demərəm, heç kimə də şər atmaram. Bu mənim nəyimə lazımdır? Şər atanamsa, ayrısına ataram da. Aytaca şər atıb onu niyə reklam edirəm? Onun lezbiyan olmasını bütün Azərbaycan bilir. Guya bunu təkcə mən bilirəm. Bir mən onun lezbiyan olduğundan gec xəbər tutmuşam. Bilsəydim, onun evinə getməzdim.

- Günün birində Aytac Vidadiqızı məsələnin bağlanması üçün bütün bunları inkar etməyinizi xahiş etsə, reaksiyanız necə olar?

- Yox! Mən ona ilişməmişəm. O mənə ilişib. Onun varlığı, sənəti, həyatda olub-olmaması mənə maraqlı deyil. Haqqımda danışmasa, Aytac yadıma düşməz.

- Axı, o heç Afaq adı çəkməyib…

- Camaat qoyun deyil ki? Barəmdə danışıb, ancaq məndən fərqli olaraq, adımı çəkməyə cəsarəti çatmayıb. Bütün olanlar mənim vecimə deyil. Aytac kimi sinəsinə döyən çoxunu görmüşəm. Bakı balaca şəhərdir. Kimin nə olduğunu hamı yaxşı bilir. Özünü kimlərinsə yanında böyük adam hesab edə bilər. Mən ki bilirəm, o kimdir…

- Afaq, sevgiliniz bu məsələlərər necə baxır?

- Onun sayəsində düşmən oluram hamı ilə…

- Qarşıdan da sevgililər günü gəlir…Necə qeyd edəcəksiniz o günü?

- Əlbəttə ki, bütün günü bir yerdə olacağıq. O, mənə sürprizlər etməyi xoşlayır. Zinət əşyalarını çox sevirəm. Ötən il mənə tək qaş bahalı brilliant üzük hədiyyə etmişdi.

- Sevgilinizlə münasibətinizi ciddiləşdirmək fikriniz var, yoxsa elə belə də davam etməyi düşünürsünüz?

- Yaxın gələcəkdə belə bir şey gözlənilmir. Münasibəti cidiləşdirməkdən qorxuram. Belə olan halda səlahiyyəti onun əlinə vermiş olaram. O məni sənətdən uzaqlaşdıra bilər. Deyə bilər ki, artıq oxuma, efirə çıxma. Bax bundan çox qorxuram.

- İndiyədək belə bir təklifi olub?

- Qısqanc olduğu üçün münasibət ciddiləşsə, səhnədən getməyimi tələb edəcəyini düşünürəm.

- Qısqanc olsa da, yeni ildə çəkdirdiyiniz açıq-saçıq qarqız obrazına icazə verib. Görüb o şəkilləri?

- Görüb, əlbəttə. Açıq-saçıqlığıma qarışmır. Bilir ki, ərköyünəm. Uşaqlıqdan açıq-saçıq geyinmişəm, dar geyinmişəm. Həm də mən açıq-saçıqlığımda əndazəni aşmıram. Hər şeyin yerini bilənəm. Özümə yaraşanı geyinirəm.

- Afaq, oğlan, yoxsa qız dostlarınız çoxdur?

- Barmaqla sayıla biləcək qədər dostum var. Bu yaşına qədər qadınlarla dostum olmayıb. Rəfiqə yıxan evi heç kim yıxammaz. Qızlar ona görə rəfiqəlik edir ki, kiminsə evini yıxsın.

- Afaq, kişinin hansı cəhətinə üstünlük verirsiniz?

- Güclü kişiləri sevirəm. Sözünün kəsəri olmalıdır. Tutduğunu qoparan kişi olmalıdır. Onun sözünün qarşısına heç kim söz deyə bilməməlidir. Xarici görünüşü də önəmlidir. Çünki mən surətpərəstəm. Ona arxalanmalıyam. Mən seçdiyim kişi arxamda dağ kimi dayanmalıdır.

- Sirr deyilsə həyatında unuda bilmədiyin neçə sevgin olub?

- İlk məhəbbətim 18 yaşımda olub. Universitetdə oxuyurdum. Uşaq idim hələ. İlk sevdiyim insanla da ailə qurmuşam. Say-seçmə insanlardan biridir. Ailə qurub ayrılmışam.

- Bəlkə kim olduğunu deyəsiniz?

- Keçmiş həyat yoldaşımın kim olmasını açıqlamaq istəmirəm. Amma ilk evliliyimdən övladım dünyaya gəlməyib. İki il ailəli olmuşam.

- Bəs, niyə ayrıldınız?

- Xasiyyətlərimiz uyğun gəlmədi. Bir neçə dəfə xəyanətini tutdum və onu bağışlaya bilmədim.

- Hazırda onunla münasibətləriniz varmı?

- Yox! Qətiyyən! Ayrıldığım insanı bir dəfəlik kəsib atıram. Ağlıma gələ bilməz ki, sevdiyim insan necə dostum ola bilər? Ayrılandan bütün münasibətlərimiz kəsilib. Heç telefonla da danışmırıq. Bir də ki, o, Bakıda yaşamır arıtq.

- İndiki sevgilinlə münasibətləriniz necədir? Xasiyyətiniz uyğun gəlir?

- Didişə-didişə yaşayırıq… Kişilərin ayağı sürüşkən, mən isə həddən artıq qısqancam. Qadınlar arasında qısqanclıq yarışması keçirilsə, mən birinci yeri tutaram. Mən tək sevgilimə qarşı belə deyiləm. İstər dostum olsun, istər ana-atam olsun, onların da bir-birinə sevgisini qısqanıram. Elə bilirəm ki, mənim çox istədiyim adamı məndən çox istəyən olmamalıdır.

- Sevgiliniz bu lezbiyan sözbətlərini eşitsə, münasibəti necə olacaq?

- O əyləncələrə meylli insandır. Hətta lezbiyanlara da meyli var. Oturub onlara baxmaqdan xoşu gəlir. Amma bunları açıb mənə deyə bilmir. Onu bir neçə dəfə qızlarla tutmuşam. Oradan bilirəm. Həmin qızlar lezbiyan çıxıblar. Görmüşəm ki, lezbiyanları çağırıb şou yaradır və onları canlı izlməkdən zövq alır. Lezbiyanlara əyləncə kimi baxır. Bir iki saatlıq şou…

- Qorxmursan ki, sevgilinin gözü Aytaca düşər?

- Qətiyyən! Aytac məni görəndən sonra dedi ki, mən inanmaram ki, səni görən kimi çönüb başqasına baxsın.

- Elə təsəvvür edin ki, müsahibəniz çıxıb və onu sevgiliniz oxuyur. Ona nə demək istəyirsiniz?

- Ona demək istərdim ki, getdiyi yerlərdən xəbər tutduğumu unutmasın. Ayağı hara dəysə, sağa-sola sürüşsə, xəbər mənə çatır. O, mənə MTN əməkdaşı deyir. Ehtiyatlı olsun. Onun gizli etdiyi bütün işləri də bilirəm. Mənə hər yerdən xəbərlər gəlib çatır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR