Müxtəlif günlərdə doğulan əkizlər – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Müxtəlif günlərdə doğulan əkizlər – FOTOLAR

Rumıniyada maraqlı bir hadisə baş verib. Belə ki, əkiz qız uşaqları aralarında bir neçə ay fərqi olmaqla dünyaya gəliblər.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 41 yaşlı qadın ilk qızını 2014-cü ilin noyabrında dünyaya gətirib. Lakin uşağın əkiz tayı 7 həftədən sonra – 2015-ci il yanvarında doğulub. Yəni əkiz uşaqlar müxtəlif illərdə dünyaya gəliblər. Həkimlər bu hadisəni “möcüzə” adlandırıb.

Qadın 7 ayında kimi hamiləliyinində heç bir əngəl yaşamayıb. Lakin 7-ci ayından sonra o, ilk əkiz övladını təbii üsulla dünyaya gətirib. Həkimlər ikinci əkizin də doğulacağını gözləyiblər. Maraqlıdır ki, birinci bacı dünyaya gələndən sonra onun ikinci tayı doğulmayıb. Sonrakı müayinələr sübut edib ki, uşaqlar müxtəlif embrion kisəsində olub və fərqli ciftdə inkişaf edib.

Ona görə də, ikinci uşağın formalaşması üçün qadın bir neçə həftə gözləməli olub. Nəhayət, ikinci əkiz uşaq 2015-ci ildə qeysəriyyə əməliyyatı ilə doğulub.

Budapeşt xəstəxanasının həkimi deyib: “Bu, çox nadir hadisədir. İndiyədək əkiz uşaqların fərqli günlərdə doğulması halına rast gəlməmişəm. Mən bunu Allahın möcüzəsi adlandırardım”.

Birinci uşaq 900 qram, ikinci uşaq isə 1 kiloqram çəkidə olub. Körpələrin həyatı üçün təhlükə olduğundan, onlar hər ikisi evə buraxılanadək respiratorda saxlanılıblar.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm