“Bozun 50 çaları” yanğınsöndürənləri narahat edir
Bizi izləyin

Tabloid.az

“Bozun 50 çaları” yanğınsöndürənləri narahat edir

London yanğınsöndürənləri (LFB) "Bozun 50 çaları" filminin kinoekranlara nümayişilə bağlı 999 nömrəli təcili yardım telefonuna zənglərin sayının kəskin artacağını ehtimal edirlər.

LFB xidməti deyib ki, fevralın 13-də nümayişi gözlənilən filmə baxanlar arasında buxov və ya halqalardan xilas etmək xahişli müraciətlərin arta biləcəyindən "narahatdır".

Aprel ayından bu xidmətə 393 belə hadisə ilə bağlı zənglər edilib.

Anastasia Steele adlı tələbə qız və milyarder Christian Grey-in sevgi münasibətlərindən bəhs edən və "porno məhəbbət əhvalatı" kimi səciyyələndirilən film EL James-in romanı əsasında çəkilib.

LFB rəsmisi Dave Brown filmin nümayişi ərəfəsində bildirib ki, "Bozun 50 çaları" (Fifty Shades of Grey) filmi "buxovlarda ilişib qalanların sayını artıra bilər".

"Mən xatırlatmaq istərdim ki 999 nömrə yalnız fövqəladə səciyyəli vəziyyətlər üçün nəzərdə tutulur və yalnız belə hallarda bu nömrəyə zəng etmək məsləhətdir", - Dave Brown vurğulayıb.

2013-cü aprelindən LFB xidməti aşağıdakı hallarla üzləşib:

  • Buxovlardan azad ola bilməyən 28 adama yardım göstərilib
  • 293 dəfə bədənin müxtəlif hissələrindən halqa çıxarılıb, o cümlədən, 7 dəfə halqa kişi cinsiyyət orqanından çıxarılıb
  • Kişi cinsiyyət orqanının toster və tozsorandan çıxarılması da daxil insanların düşdüyü digər kritik vəziyyətlər

bbc.co.uk

Oxumağa davam et
Reklam
Reklam

Gündəm