Müğənni konsert vaxtı paltarını tərs geyinib – Foto
Bizi izləyin

Tabloid.az

Müğənni konsert vaxtı paltarını tərs geyinib – Foto

Müğənni konsert vaxtı paltarını tərs geyinib

Müğənni Günay İbrahimli səhnə qəzalarından danışıb. Publika.Az xəbər verir ki, səhnədə çıxışı zamanı başına çox işlər gələn Günay bu barədə belə söyləyir:

“Səhnədə gözlənilmədən başıma çox işlər gəlib. Ətəyimi külək qaldırıb, mahnı oxuduğum yerdə işıqlar kəsilib. Bir dəfə mükafatlandırma mərasimində başıma gələn qəza yadımdan çıxmır. Səhnəyə çıxan zaman paltarımın “zamoku” cırıldı. Məni həyəcan basdı. Tez tələsik iynə tapıb tikdik, səhnəyə birtəhər çıxdım. Ən çox yadımda qalan hadisə isə konsertdə paltarımı tərs geyinməyib olub. İki-üç mahnıdan sonra gördüm ki, paltarımı tərs geyinmişəm. Özümü itirmədim, mahnını oxumağa davam etdim. Belə anlarda özünü itirməməlisən”.

Elvin Elxan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm