Elnarə üçün Türkiyədən çəkiliş qrupu gəldi - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Elnarə üçün Türkiyədən çəkiliş qrupu gəldi - FOTOLAR

Bakıda TRT Avaz telekanalının hazırladığı “Avaz” layihəsi çərçivəsində “Avaz” adlı tanıtım videosunun çəkilişləri olub.

Publika.az xəbər verir ki, türk dünyasının birliyini əks etdirən mahnıda hər bir türk xalqını təmsil edən müğənni yer alıb. Azərbaycanın siması seçilən müğənni Elnarə Xəlilova ilə bağlı çəkilişlərə yaradıcı heyət artıq Bakıda yekun vurub.

Çəkilişlər Qız Qalası, Şirvanşahlar Sarayı, Karvansara, Qobustan, Atəşgah məbədi, Alov Qüllələri, Şəhidlər Xiyabanı, Dağüstü Park və başqa məkanlarda aparılıb.

“Avaz” tanıtım videosu Novruz Bayramı ərəfəsindən etibarən bütün türk xalqlarının telekanallarında yayımlanacaq, eləcə də radio dalğalarında səslənəcək.

Tanıtım videosunu Ali Çiçek və Ahmet Sabuncu lentə alır. Bosniyada çəkilişlərə yekun vurub, Azərbaycana gələn yaradıcı heyət buradan Türkmənistana yollanıb.

Çəkilişlərdən olan fotoların bir hissəsini təqdim edirik.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm