İTV-dən “Eurovision” xəbərdarlığı
Bizi izləyin

Tabloid.az

İTV-dən “Eurovision” xəbərdarlığı

İctimai Televiziya Avstriyada keçiriləcək “Eurovision-2015” musiqi müsabiqəsində Ermənistan təmsilçilərinin qondarma soyqırıma həsr olunmuş “Don't Dent” (İnkar etmə) adlı mahnı oxuyacağı haqda KİV-də yayılan xəbərlərə münasibət bildirib.

Televiziyanın ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a daxil olan məlumatda bildirilir ki, “Eurovision” mahnı müsabiqəsidir və xoş məram güdən bu yarışma hansısa ölkənin siyasi ambisiyasının qurbanı ola və siyasi meydana çevrilə bilməz:

“İctimai Televiziya və Radio Yayımları Şirkəti olaraq bəyan edirik ki, əgər bu xəbər təsdiqlənsə, biz də həmin müsabiqədə adekvat addım atacağıq”.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm