• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Lüks həyat sürən azərbaycanlı gənclər - FOTOLAR

Lüks həyat sürən azərbaycanlı gənclər - FOTOLAR

Sosial şəbəkələr günün, zamanın nəbzinə uyğun olaraq trendlər formalaşdırır. Ən son dəbə düşən trendlərdən biri "selfie"dir. Həmin şəkillər o qədər məşhurlaşmağa başladı ki, hətta işbazlar "selfie" çubuğu belə istehsal edib pul qazanmağa başladı.

Son trendlərindən biri isə lüks həyat sürən, lakin elə də məşhur olmayan insanlarla bağlıdır. Məşhur olmasa da, aktyor, aktrisa, müğənnilər qədər geniş ictimaiyyətə tanınmasa da, lüks həyat sürən insanların əhatə dairəsi geniş olur. Necə deyərlər, pulun varsa, demək, dostun da çoxdur. Məsələyə məhz bu prizmadan yanaşaraq Türkiyə, İran, Rusiya və s. ölkələrdə “rich kind of people” (dilimizə tərcümədə “varlı insanlar”) adı altında qruplar yaradılır və həmin şəxslərin fotoları paylaşılır.

Bu ənənə artıq Azərbaycanda da formalaşıb. Artıq "varlı insanlar" adı altında yaradılan qrupda lüks həyat tərzi yaşayan azərbaycanlıların fotoları təqdim edilir.

Tabloid.az həmin fotoları təqdim edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR