Qalmaqallı türk model: “Hicaba keçmərəm”
Bizi izləyin

Tabloid.az

Qalmaqallı türk model: “Hicaba keçmərəm”

2005-ci ildə yunan aktyor Yorgo Seitaridislə evlənərkən xristianlığı qəbul edən türkiyəli model Tuğçe Kazaz daha sonra yenidən islam dininə qayıtdı. Bu günə qədər hicab dəfilələrinə qatılmayan model ilk dəfə Ayşa Yaşam və “Stil” jurnalının tanıtım nümayişində məşhur hicab markalarını reklam etməyə də razılıq verdi.

Ölkə gündəmindən düşməyən Tuğçe Kazazın yerli mətbuata verdiyi müsahibədə dini baxışı, hicab düşüncəsi və hər kəsi maraqlandıran digər məqamlarla bağlı sualları cavablandırıb.
Publika.az həmin müsahibəni təqdim edir.

- Həyatınızdan razısınız?
-
Tamamilə. İstədiyim yerdəyəm. 10 ildə arzularımı gerçəkləşdirdim.

- Peşə baxımından tərəddüdləriniz varmı?
- İş müqavilələrimdə xüsusi əlavə etdiyim maddələr var: "Türk xalqının əxlaqi dəyərlərinə zidd olan heç bir səhnədə yer almayacağam”... Qadın kimi özüməməxsus mövqeyim var. Öz həyat fəlsəfəm və prinsiplərim çərçivəsində yaşayıram.

- Yaxınlarınız sizi necə təqdim edər?
-
Əlimdən gəldiyi qədər yaxınlarımın sevgi ilə bağlı tələblərini yerinə yetirməyə çalışıram. Ancaq dostlarımdan soruşsanız, həddindən artıq intizamlı olduğuma görə "rus əsgəridir" deyirlər.

- Bir müddət əvvəl ailə həyatınız və din haqqında düşüncələriniz müzakirə obyektinə çevrilmişdi. Həyatınızda nələr dəyişdi?
-
Yunanıstana getdikdən sonra həyatımdakı hər kəsi sildim. Bir əlin barmaqları sayı qədər insan qaldı həyatımda. Nə incik idim, nə də əsəbi, amma üzüldüm.

- Adınız tez-tez məşhur insanlarla birlikdə hallanır. Sevgiliniz varmı?
-
Birdən-birə belə bir sual verdiyiniz üçün donub qalmışam. Nə deyə bilərəm ki? Həyatımda təkcə dostlarım var. Hazırda eşqdən danışmağın doğru olmayacağını düşünürəm.

- Yenidən ailə həyatı qurmaq fikrindəsinizmi?
-
Bu suala cavabım: xeyr. Doğru insanı da tapsam, bundan sonra heç vaxt ailə həyatı qurmaram. Bu qərarı indiyə qədər topladığım təcrübələrin təsiri ilə vermişəm. Mən mənəvi dəyərlərə daha çox üstünlük veririəm.

"Yoga öyrənməyə getdim, hindu dedilər"

- Dininizi dəyişdirməyiniz də ölkədə böyük rezonansa səbəb olmuşdu.
-
O vaxtlar olmazın təhqirlərə məruz qaldım. İnsanlar mənə heç bir aidiyyəti olmayan imiclər yaraşdırmağa başladılar. Tai-chi öyrənməyə getdiyim zaman mənə buddist, yoqa öyrənməyə getdiyim zaman isə hindu dedilər. Barəmdə boş-boş danışanlar öz aləmlərində bir obraz yaratmışdılar. Öz işlərinə yarayan formada həmin obrazı kukla kimi oynadırdılar. Ancaq o kuklanın Tuğçe Kazazla heç bir əlaqəsi yox idi.

- Son vaxtlar iştirak etdiyiniz layihələrdə öz dəyərlərinizə uyğun tələblər qoyduğunuzu eşidirik. Hansı tələbləri irəli sürürsünüz?
-
Öpüşmə, sevişmə səhnəsi olan layihələri qəbul etmirəm. Yataq səhnəsi tamamilə qadağandır. Bütün bu sadaladıqlarımın arxa, daha həssas münasibətlərin isə ön planda yer aldığı layihələr və seriallarda rol almağa razılıq verirəm.

- Öpüşmə, sevişmə səhnəsinin olduğu bir filmdə çəkilmək üçün təklif alsanız, qəbul etməzsiniz?

- Xeyr, qəbul etmərəm. Seçimlərim arasında bu cür təkliflər yoxdur. Çünki daxilim buna razı olmur. Eyni zamanda, bilgilərim də buna icazə vermir. Bu, aktrisalıq və öz dəyərlərimlə bağlı məqamdır.

- Evdə heyvan saxlayırsınız?
-
Evdə bir pişiyim (Toty) və itim ( Tiba) var. İkisi də dişidir.


- Ankarada böyük bir bağ eviniz var. O ev yalnız sizə məxsusdur?
-
Mənə və dostlarıma.

- Bağ evinizdə yetişdirdiyiniz meyvə-tərəvəz məhsullarını satırsınız?
- Bağımızda meyvə və tərəvəz yetişdirilir. Ancaq gələcəkdə süd məhsulları da olacaq və ticarətə başlayacağıq. Bizim yediyimiz təmiz məhsullardan başqa insanların da yeməyini istəyirik.

- Bu fikir haradan qaynaqlandı?
-
20 yaşımdan bəri belə bir fikrim var idi. Bəlkə də, bəzi şeylərdən tez doyduğumuz və onları tez tükətdiyimiz üçün belə bir fikrə düşdüm. Həqiqətin fərqini anlamağa başladım. Bu bağın kimin mülkü olduğu da çox vacib deyil. Əslinə qalsa, dünyadakı heç bir şeyin sahibi biz deyilik.

‘Tövbə etdim, həyatımda yeni bir səhifə açıldı’

- İndi həyatınızın hansı dövründəsiniz?
-
Ruhi baxımdan aydınlanma dövründəyəm. Şükür ki, həyəcanla getdiyim bir işim var. Nəyi niyə etdiyimin fərqində olduğum bir dövrdəyəm. İndi həyatımın çox yaxşı dövrüdür.

- Aydınlanma dövrü deyəndə nəyi nəzərdə tutursunuz?
-
Araşdırmalar edirəm. Topladığım bilgiləri dərk etməyə çalışıram və daha sonra həyatımda həmin bilgiləri praktik olaraq tətbiq edirəm. İndi zehnim, bədənim və ruhum tarazlı şəkildə gələcəyə doğru addımlayır.

- İndi qarşımdakı qadın daxili rahatlığı tam olaraq tapıbmı?
- Bu çox ümumi bir sualdır. Mən tam olaraq istədiyim bir yerdəyəm.

- Keçmişdəki rəngarəng həyatınız üçün peşmanlıq hissi keçirirsinizmi?
-
Mən peşmanlıqlarıma tövbə etdim və digər tərəfə keçdim. O səhifə bağlandı və həyatımda yenisi açıldı.

- Çoxdan? Nə vaxtdan?
-
4 ildir... Artıq o səhvləri etmirəm. Çox sevincliyəm ki, o səhvlər təkrarlanmır. Mən o vaxta qədər sınaq-səhv metodu ilə yaşamışam. Bu, çox riskli bir metoddur. İndi məndən yaşca kiçik olan qızların bu xətaları təkrarlamaması üçün əlimdən gələni edirəm. Keçmişin mənə belə bir faydası oldu. Hər şərdə bir xeyir var.

“O vaxt kiçik idim, indi böyüyürəm”

- Əvvəllər İslam dini haqqında çox məlumatınız olmadığına görə xristianlığa keçdiniz?
-
İndi də hələ öyrənmə dövründəyəm. İndi dini şüurlu şəkildə qavramağa çalışıram. Bəzən cəmiyyət insanlara zorla bəzi dəyərləri təqdim edir. Bəzi insanlar bunu hiss etmir, bəzilərinin isə heç vecinə də deyil. Mənim kimiləri də bu zorakılığa etiraz əlaməti kimi başqa seçimlərə əl atır.

- O müddətdə baş verən proseslər sizi yordu?
-
Üzdü... Asan deyil axı. O hadisələri yaşayanda 23 yaşımda idim. Bu, mənim üçün böyük təcrübə idi. Kənardan baxanda hər şey çox kobud görünürdü. Tuğçe Kazaz başqa bir dini qəbul etmişdi. Ancaq buna rəğmən, türk xalqındakı anlayışa böyük sayğı duydum. Və bu anlayış yenidən Türkiyədə yaşamağa, bu cəmiyyətə xidmət etməyə vadar etdi.

- İndi halınızla keçmişdəki Tuğçe Kazaza nə deyərdiniz?
-
O vaxt kiçik idim, indi böyüyürəm.

“İndi hicaba keçməyi düşünmürəm”

- Ümrəyə gedəcəyinizi demişdiniz. Getdinizmi?
-
Xeyr, belə deməmişdim, elə yazmışdılar. Ancaq istəyim, niyyətim var. Qismət olsa, gedəcəyəm.


- Artıq moda dəfilələrinə çıxmaqdan imtina edəcəksiniz?
-
Bədənim imkan verdiyi müddətdə belə bir şey düşünmürəm.

- Alt paltarı və çimərlik geyimlərinin dəfiləsinə razılıq verəcəksinizmi?
-
Xeyr, bu cür təklifləri qəbul etmirəm. Mən hicablı geyim dəfiləsində iştirak etdim. Böyük qalmaqala səbəb oldu. Alt paltarlarını nümayış etdirən modelin hicablı geyimləri təqdim etməyinə hər kəs etiraz etdi. Mən başa düşmürəm, niyə açıq-saçıq paltarları nümayış etdirəndə etiraz etmirdilər? Bu, böyük sual doğurur.

- Artıq dekolte geymirsiniz?
-
Bəli, geyinmirəm. Bəsdir, çox geyindim, doymuşam artıq.


- Bəs hicaba keçməyi düşünürsünümü?
-
Hələ hicaba keçməyi düşünmürəm. İndi düşünmürəm.

- Namaz qılıb, oruc tutursunuz?
- Əlimdən gəldiyi qədər ibadət etməyə çalışıram.


- Bədəninizdəki tatuajları sildirəcəksiniz?
-
Xeyr, etdiyim tatuları sevirəm. Ancaq bir daha tatuaj etdirməyəcəyəm.

- Sizə məsləhət verən biri var?
-
Bir rəhbərim var.

Aydan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm