• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Məşhur “Kırımlı" Bakıda - FOTOLAR

Məşhur “Kırımlı" Bakıda - FOTOLAR

Paytaxtın qonağı olan məşhur türk aktyoru Murat Yıldırım “28 Cinema”da media mənsubları ilə görüşüb.

Publika.az-ın məlumatına görə, aktyorun Azərbaycana gəlişinin məqsədi mövsümün gözlənilən türk filmi olan “Kırımlı”nın qala gecəsində iştirak etməkdir.

Medianı salamlayan aktyor Bakını çox bəyəndiyini deyib: “Bakıya ilk dəfədir ki, gəlirəm, çox xoşuma gəldi. Tarixi bir şəhərdir. Parklarınız göz oxşayır. Burda dolma, kabab yedim. Dadlı mətbəxiniz var”.

Aktyor filmlə bağlı təəssüratlarını bölüşüb:

“Bu bir sevgi filmidir. Film müharibə vaxtı döyüşən türklərin həyatından bəhs edir. İnanıram ki, bu film Azərbaycan tamaşaçıları üçün də çox maraqlı olacaq. Mən hər zaman sevgi filmlərində çəkilsəm də, bu filmdə fərqli obrazda idim. Mart ayında yenidən Bakıya gələcəyəm və o zaman bura gətirəcəyim filmdə məni romantik obrazda görəcəksiniz. Kırımlı filmi ilə bağl Türkiyədə müxtəlif fikirlər yarandı. Bəziləri filmi bəyndiyini, bəziləri bəynmədiyini, bəziləri isə filmin Hollivudsayağı olduğunu bildiriblər”.

Aktyor həmçinin bu sənətə gəlişinin səbəblərindən də danışıb. İxtisasca mühəndis olduğunu deyən Murat Yıldırım aktyor sənəti ilə özünü daha yaxşı ifadə etdiyini bildirib: “Seriallarda çəkilmək akiyorlar üçün çox əhəmiyyətlidir. Çünki televiziyada serial izləmək daha maraqlı gəlir. Mən də böyük və çox gözəl filmlərdə oynamaq istəyirəm. Bu yol məni hara qədər aparacaq bilmirəm. Əsas odur ki, sabahımız gözəl gəlsin. Axtarışında olduğum rollar da var. Daha çox filmdə çəkilmək istəyirəm. Zamanı gəldikcə o rolları görəcəksiniz”.

Artıq filmin festivallara hazırlaşdığını bildirən rejissor Ayfel Mürüvvet Los- Angelosdan təklif aldığını bildirib: “Festivallardan gələn təkliflər həddən artıq çoxdur. Hazırda o təklifləri dəyərləndiririk. Yəqin ki, yaxın zamanlarda bu film nüfuzlu festivallarda nümayiş olunacaq”.

Aktyor yeni imicindən də danışıb. Sağlıqlı yaşama üstünlük verdiyini deyən aktyor bir qədər çəki atdığını və halından çox məmnun olduğunu bildirib.

Aktyor altı il evlilik həyatı yaşadığı aktrisa Burçin Terzioğlu ilə bağlı Publika.az-ın ünvanladığı “Nədən həyat yoldaşınızla ayrıldınız” sualını cavabsız qoyub: “Çox xahiş edirəm ki, mənə şəxsi sual verməyin. Mən susacağam”.

Mətbuat konfransından sonra film nümayiş olunub. Nümayişdə türkiyəli qonaqla yanaşı ölkəmizin məşhur simaları, həmçinin, media nümayəndələri iştirak edib.

Cəvahir

Foto:Elçin Murad

Xəbər lenti

DAHA ÇOX XƏBƏR