Röya Ayxan: “Mən hər gün sevmək istəyirəm” - FOTO
Bizi izləyin

Tabloid.az

Röya Ayxan: “Mən hər gün sevmək istəyirəm” - FOTO

Tanınmış müğənni Röya Ayxan fevralın 13-də ATV telekanalında yayımlanan "Gündəlik" verilişinin qonağı olub.

Publika.az xəbər verir ki, müğənni ilk əvvəl fevralın 14-də bütün dünyada qeyd olunacaq sevgililər günü ilə bağlı münasibətini ortaya qoyub: "Mən hər gün sevmək istəyirəm".


Röya verilişdə çox qısa geyimi ilə diqqət çəkib. Aparıcı Mətanət Əliverdiyeva da sənətçinin imicinə münasibətini açıqlayıb. O, Röyanın bugünkü geyim tərzini çox bəyəndiyini deyib. Öz növbəsində müğənni də geyimində sərbəst olduğunu təsdiqləyib: "Bəli, mən geyimimdə sərbəstəm. Amma məni sevməyən adamlar özləriylə müqayisə aparmasınlar. Biz fərqliyik... Mənə tez-tez deyirlər ki, sən anasan, sənin oğlun var. Amma mən heç kəsin deyiləm, mən hamınınam. Yeri gəlmişkən, sabah sevgililər günüdür. Mən hamını təbrik edirəm və istəyirəm ki, hamı da məni təbrik etsin. Bilirəm ki, mən hamınızın sevgilisiyəm və siz də mənim sevgilimsiniz".


Röya tamaşaçılarına arzularını da dilə gətirib: "Sevgililər gününüz uğurlu keçsin. Çoxlu-çoxlu sevgiliniz olsun".


Röyanın sonuncu cümləsinə M.Əliverdiyeva özünəməxsus şəkildə münasibət bildirib: "Sən neynirsən? Camaatı pozma".

Müğənninin bu replikaya reaksiyası gecikməyib: "Mən onları pozmuram. Gözəl də örnəyəm".

Röya onun davranışını qınayanlara da mesaj ünvanlayıb: "Siz mənim işimlə bağlı səhnədə etdiklərimi ərlərinizin qarşısında edə bilməzsiniz".


Onu da qeyd edək ki, Röya yalnız kamera qarşısında sərbəst olduğunu bildirib. Onun sözlərinə görə, səhnədən kənarda, məsələn, gözəllik salonunda kimsə ona yaxınlaşanda özünü itirir, kompleksə düşür.


Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm